İllərdir yurdumuza qayıdacağımız bu günü gözləyirdik.
Bu sözləri "MemurTv.az"a Xocavəndin Qırmızı Bazar qəsəbəsinin sakini, keçmiş məcburi köçkün Səbinə Yusif deyib.
O, qeyd edib ki, bu gün həyatının əlamətdar günlərindən biridir: "Bu gün çox sevincliyik, çox qürurluyuq. Çünki doğma yurdumuza qayıdırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza can sağlığı versin. Uca Allah Prezidentimiz İlham Əliyevi, dövlətimizi qorusun.
Bu günün sevincini sözlərlə ifadə etməyə acizik. Çünki illərdir bu günü gözləyirdik".
"Bu gün ailəmlə birlikdə Xocavəndin Qırmızı Bazar qəsəbəsinə köçürəm. Bu, təkcə bizim kimi ailələrin yox, bütün xalqın sevincidir. Bizə təqdim ediləcək mənzilin açarları dünyada ədalətin bərpasının, haqqın qələbəsinin açarlarıdır. Bizə təqdim ediləcək mənzillərin açarları cənab Prezidentin müdrik siyasətinin ən aydın nümunəsidir", - S.Yusif əlavə edib.
Qeyd edək ki, Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə növbəti köç karvanları yola salınıb. Bu mərhələdə Xocavənd şəhərinə 33 ailə – 135 nəfər, Qırmızı Bazar qəsəbəsinə 9 ailə – 44 nəfər, Quzeyxırman kəndinə isə 8 ailə – 41 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Xocavənd sakini: İllərdir yurdumuza qayıdacağımız bu günü gözləyirdik
sosial sebeke

















