
NATO-ya məxsus qırıcı təyyarələr gecə saatlarında Litvanın hava məkanına daxil olan pilotsuz uçuş aparatını vurub.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə Baltikyanı ölkələrin hava məkanında dronlarla bağlı təhlükəsizlik narahatlıqlarının artdığı bir vaxtda baş verib.
Bazar günü də Litvada pilotsuz uçuş aparatı müşahidə edilib.
Böhran İdarəetmə Mərkəzi daha sonra obyektin Belarusdan daxil olaraq Litva ərazisindən keçdiyini və Rusiya hava məkanına çatdığını açıqlayıb.
Sentyabrın 13-də baş verən hadisə ilə bağlı hava təhlükəsi siqnalı verilməyib.
NATO qırıcıları Litva hava məkanına daxil olan dronu vurdu
sosial sebeke

















