"Bakı Metropoliteni" QSC: Qırmızı xətt üzrə interval bərpa olunub - YENİLƏNİB-2

sosial sebeke

"Bakı Metropoliteni" QSC: Qırmızı xətt üzrə interval bərpa olunub - YENİLƏNİB-2"İçərişəhər" stansiyasının giriş sahəsində nasaz qatar xətdən çıxarılıb.

Bu barədə "MemurTv.az"a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

"Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub", - məlumatda bildirilib.

08:41

Metronun "İçərişəhər" stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb.

Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

"Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılır", - məlumatda bildirilib və əlavə edilib ki, qısa müddət ərzində Qırmızı xətt üzrə intervallar bərpa olunacaq.

Qeyd olunub ki, Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edir.

08:36

Bakı metrosunun bütün istiqamətlərində səhər saatlarında qatarların hərəkətində problem yaranıb.

"Report"a şahidlərin bildirdiyinə görə, 15 dəqiqədən çoxdur ki, qatarlar hərəkət etmir.

Məlumata görə, bəzi stansiyalarda sərnişinləri qatardan düşürüblər.