• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Xocavənd şəhərində Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib - YENİLƏNDİ

Sosial

17-03-2026, 05:47

Xocavənd şəhərində Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib - YENİLƏNDİAzərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib.

Teleqraf xəbər verir ki, iclasda çıxış edən Samir Nuriyev işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin və ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu bildirib. Deyib ki, bu proses yalnız ərazilərin fiziki baxımdan bərpasını deyil, həmin torpaqlarda həyatın yenidən qurulmasını, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına ləyaqətli qayıdışını nəzərdə tutan kompleks yanaşmanı əhatə edir.

Qərargah rəhbərinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə son illər həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində əsas prioritet baza infrastrukturunun yaradılması olub. Elektrik enerjisi, qaz və su təchizatı infrastrukturunun yenidən qurulması, yolların, körpülərin və tunellərin inşası regionda həyatın bərpası üçün ilkin zəruri şəraiti formalaşdırıb. Hazırkı mərhələdə isə dövlət tərəfindən ayrılan resursların mühüm hissəsi yaşayış fondunun genişləndirilməsinə, fərdi və çoxmənzilli evlərin tikintisinə və bərpasına yönəldilir. Bununla yanaşı, məktəblər, uşaq bağçaları, tibb məntəqələri və dövlət xidmətləri mərkəzləri kimi sosial obyektlərin fəaliyyətlərinin təşkili paralel şəkildə həyata keçirilir. Qeyd olunub ki, bu yanaşma öz doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərin ilk gündən normal həyat şəraitinə sürətli adaptasiyasına imkan verir.İşğaldan azad edilmiş ərazilərdə bu günədək ümumilikdə 41 yaşayış məntəqəsinin tikilərək və bərpa edilərək istifadəyə verildiyini, həmin ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışının təmin olunduğunu vurğulayan qərargah rəhbəri görülən işlər nəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 80 mindən çox insanın yaşadığını və fəaliyyət göstərdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edilib ki, qarşıdakı dövrdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində köç prosesi daha da sürətlənəcək və Böyük Qayıdış Proqramının miqyası genişlənəcək.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə layihələrin icrası Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Proqramda nəzərdə tutulmuş tədbirlər ardıcıl şəkildə icra olunur, bu isə qarşıya qoyulan məqsədlərə mərhələli şəkildə nail olunmasına və bərpa-quruculuq prosesinin uğurla davam etdirilməsinə imkan yaradır.

S.Nuriyev vurğulayıb ki, məskunlaşmanın dayanıqlılığı birbaşa məşğulluq imkanlarının yaradılması ilə bağlıdır. Bu baxımdan yeni iş yerlərinin açılması, kənd təsərrüfatı, xidmət sektoru, istehsal, tikinti və logistika sahələrində fəaliyyət imkanlarının genişləndirilməsi, həmçinin sahibkarlığın təşviqi, investorların cəlb olunması və dəstək mexanizmlərinin tətbiqi mühüm əhəmiyyət daşıyır.

Qərargah rəhbəri tarixi, mədəni və dini abidələrin bərpasının Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək, bunun milli-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin fəaliyyəti, habelə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumatlar təqdim olunub. Məskunlaşma, iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişafı və mədəni irsin bərpası istiqamətində aparılan işlərə dair məruzələr dinlənilib.

İclasın yekununda Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş strateji vəzifələrin səmərəli icrası üçün zəruri tədbirlərin vaxtında həyata keçirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, hər bir məsələ üzrə konkret addımlar atılmalı və verilmiş tapşırıqlar operativ şəkildə icra olunmalıdır.

Səfər çərçivəsində Əlaqələndirmə Qərargahının üzvləri Xocavənd rayonu ərazisində həyata keçirilən bərpa, infrastruktur və iqtisadi layihələrlə, o cümlədən Xocavənd şəhəri və Hadrut qəsəbəsinin Baş planları ilə tanış olublar. Xocavənd şəhərində təmir olunmuş fərdi evlərə, Hadrut qəsəbəsində ilk yaşayış məhəlləsinə və Quzeyxırman kəndində aparılan təmir-bərpa işlərinə əyani baxış keçirilib. Həmçinin Hadrutda turizm inkişaf konsepsiyası təqdim olunub, təmir edilməsi nəzərdə tutulan mehmanxana layihəsi ilə bağlı məlumat təqdim edilib.

Xocavənd rayonunda bağçılıq təsərrüfatına və Qırmızı Bazar qəsəbəsində yerləşən günəbaxan yağları zavoduna baxış keçirilib, müəssisənin fəaliyyəti və yerli iqtisadiyyata verdiyi töhfə haqqında məlumat dinlənilib.

Səfər zamanı Hadrut məscidi ziyarət edilib, Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub və ərazidə aparılan arxeoloji tədqiqatlar barədə məlumat verilib.

Paylaş:
Digər xəbərlər

Müsahibə

27-08-2025, 12:24

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə veri ...

Müsahibə

22-04-2025, 13:57

Vahid Novruzov: "Keyfiyyətsiz audit aparanlar akkreditasiya sənədini itirə ...

Siyasət

10-04-2025, 10:10

Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" ...

Müsahibə

3-04-2025, 11:01

Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına po ...

Siyasət

10-02-2025, 13:42

FHN rəsmisi: Azərbaycan seysmik zonada yerləşdiyi üçün tikintidə zəlzələ fa ...

Müsahibə

5-02-2025, 13:35

Pakistan səfiri: Azad edilən ərazilərin bərpasında iştirak bizim üçün böyük ...

Müsahibə

25-06-2024, 16:06

Məcnun Məmmədov: "Əsas vəzifəmiz aqrar sektorun ÜDM-də payının artırılması ...

Siyasət

17-05-2024, 09:23

Prezidentlər “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış o ...

Siyasət

10-05-2023, 09:44

Ümummilli lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yara ...

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
Bu gün, 16:27
"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
19-04-2026, 14:40
Sabah Bakıya yağış, bəzi rayonlara qar yağacaq, dolu düşəcək
18-04-2026, 09:45
Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib
16-04-2026, 09:09
Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
15-04-2026, 09:33
Xəzər dənizində zəlzələ olub
14-04-2026, 15:41
Pirşağıda kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğunun inşası üzrə vəziyyət açıqlanıb
Son xəbərlər
  • Bu gün, 16:29
    Prezidentin köməkçisi: Azərbaycan regionda sülhün möhkəmləndirilməsi üçün tədbirləri davam etdirəcək
  • Bu gün, 16:29
    Şuşada Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması layihəsi icra olunur
  • Bu gün, 16:28
    Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
  • Bu gün, 16:27
    "Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
  • Bu gün, 10:40
    Bakıda II Beynəlxalq Xalça Festivalı keçirilir
  • Bu gün, 10:32
    Əhməd İsmayılov: Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən gəlməyə imkan verir
  • Bu gün, 10:31
    NDU – Pekin Kimya Texnologiyaları Universiteti əməkdaşlığı yeni mərhələyə qədəm qoyur: Süni İntellekt Mərkəzi yaradılır
  • Bu gün, 10:30
    Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilir
  • Bu gün, 10:25
    Hərbi vəzifəlilərə atəş, taktiki, sıra və fiziki hazırlıq üzrə məşğələlər keçirilib
  • Bu gün, 10:24
    Kanada - Azərbaycan münasibətləri dərinləşdiriləcək
  • Bu gün, 10:23
    Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
  • Dünən, 22:45
    Dağıstanın rəhbəri Sergey Melikov vəzifəsindən azad edilir
  • Dünən, 11:58
    İlham Əliyev:Uğurları,Karyera-ƏN SON
  • Dünən, 10:39
    Abşeron Rayon Polis İdarəsi: İctimai Asayişin və Yol Təhlükəsizliyinin Keşiyində
  • Dünən, 10:29
    İsmayıllı şəhərində "Sağlam məhəllə" layihəsi çərçivəsində yeni idman zonası açılıb
  • Dünən, 10:19
    Tehran Vaşinqtona növbəti eskalasiyadan çəkinmək barədə xəbərdarlıq edib
  • Dünən, 10:18
    Fidanla ispaniyalı həmkarı arasında telefon danışığı olub
  • Dünən, 10:17
    XTQ-nin yaradılmasından 27 il ötür
  • 29-04-2026, 11:19
    İqtisadiyyat naziri: "7 illik gəlir vergisi tətili effektiv olub"
  • 29-04-2026, 10:59
    Azərbaycan və BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin iclası keçirilib
  • 29-04-2026, 10:58
    Azərbaycan məhkəmələrində monitorinqin aparılması qaydaları təsdiqlənib
  • 29-04-2026, 10:57
    Azərbaycan və Serbiya konsulluq məsləhətləşməsi keçirib
  • 29-04-2026, 10:56
    "Zəyəm Texnologiyalar Parkı"nın səhmdarlarının yığıncağı keçiriləcək
  • 29-04-2026, 10:55
    "Prezident Kuboku 2026": Bu gün Suqovuşanda ilk mükafatçılar müəyyənləşəcək
  • 29-04-2026, 10:53
    "Hizbullah" Livanda İsrailin "Hermes 900" PUA-sını vurub
  • 29-04-2026, 10:50
    Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
  • 28-04-2026, 16:45
    Qəbələ–Oğuz meşələrində dəssiz faciə: Təbiətə qarşı amansızlıq dayandırılmalıdır
  • 28-04-2026, 11:01
    Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər
  • 28-04-2026, 10:59
    Heydər Əliyevin dövlət idarəçiliyi göstərdi ki, dövlət müstəqilliyinin təməli hüquq və ədalətdir-Subut Mehdiyev yazır
  • 28-04-2026, 10:51
    Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
  • 28-04-2026, 10:43
    Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
  • 27-04-2026, 11:44
    Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
  • 27-04-2026, 11:40
    Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib
  • 27-04-2026, 11:36
    İlham Əliyev Cənubi Afrika Respublikasının prezidentini təbrik edib
  • 27-04-2026, 10:50
    Azərbaycan XİN Niderland Krallığını təbrik edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...