• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Məzahir Pənahovun son ili: Onun yerinə bu şəxslərdən biri olacaq

Sosial

25-02-2026, 11:25

Məzahir Pənahovun son ili: Onun yerinə bu şəxslərdən biri olacaqMərkəz Seçki Komissiyası (MSK) bu il yenidən formalaşdırılmalıdır. Komissiyanın hazırkı heyətinin səlahiyyət müddəti aprel ayında başa çatacaq. Mövcud qanunvericiliyə görə, MSK-nın səlahiyyət müddəti 5 ildir. İndiki tərkib isə 2021-ci il aprelin 27-dən iş başındadır.

“Yeni Sabah” komissiyanın səlahiyyət müddətinin son aylarını yaşayan tərkibinə nəzərə salıb:

Hazırda MSK-ya mart ayının 13-də 75 yaşı tamam olacaq Məzahir Pənahov sədrlik edir. Komissiyanın ən yaşlı üzvü 79 yaşlı Şaitdin Əliyev və Nizami Nadirxanlıdır.

Ən gənc üzv isə İlkin Şahbazovdur. Onun 38 yaşı var.

MSK-nın tərkibi belədir:

Məzahir Pənahov - 1951-ci ildə doğulub. Fizika-riyaziyyat elmləri doktoru, professordur. 2000-ci il mayın 19-da Milli Məclisinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. Parlamentdə deputatları çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyasının təmsilçisidir.

Rövzət Qasımov – MSK sədrinin müavini

O, 1978-ci ildə doğulub. İxtisasca ingilis dili üzrə tərcüməçi, dövlət və bələdiyyə idarəetməsi mütəxəssisidir. R.Qasımov 28 ildir MSK-da çalışır. 1998-2011-ci illərdə Beynəlxalq əlaqələr şöbəsinin, 2011-ci ildən isə MSK Katibliyinin müdiri olub. Hazırda MSK-da YAP-ı təmsil edir.

Mikayıl Rəhimov - MSK katibi

1962-ci ildə doğulub. İxtisasca inşaat mühəndisi və iqtisadçıdır, iqtisad üzrə fəlsəfə doktorudur. 2010-cu ildən MSK üzvüdür. Komissiyada deputat Qüdrət Həsənquliyevin sədri olduğu Ədalət, Hüquq və Demokratiya Partiyasını təmsil edir.

Arifə Muxtar – MSK katibi

1976-cı ildə doğulub. İxtisasca hüquqşünasdır. MSK-da Milli Məclisin bitərəf deputatlarınıə təmsil edir.

Fuad Cavadov - MSK üzvü

1957-ci ildə doğulub. İxtisasca hüquqşünasdır. Hüquq elmləri doktorudur. Milli Məclisin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. Parlamentdə heç bir siyasi partiyaya mənsub olmayan deputatları təmsil edir.

Şaitdin Əliyev - MSK üzvü

1947-ci ildə doğulub. İxtisasca inşaat mühəndisi və hüquqşünasdır. 2010-cu ildən MSK-nın heyətində yer alır. Əvvəllər komissiyanın sədr müavini olub. Hazırda sıravi üzvdür. MSK-da YAP-ı təmsil edir.

Bəxşeyiş Əsgərov - MSK üzvü

1963-cü ildə doğulub. İxtisasca hüquqşünasdır, hüquq üzrə fəlsəfə doktorudur. 2011-ci ildən komissiyada deputat Fazil Mustafanın sədri olduğu Böyük Quruluş Partiyasının təmsilçisidir.

Nailə Əsgərova – MSK üzvü

1976-cı ildə doğulub. İxtisasca hüquqşünasdır. MSK-da bitərəf deputatların nümayəndəsidir.

Tofiq Həsənov - MSK üzvü

1971-ci ildə doğulub. İxtisasca hüquqşünasdır. O, Milli Məclisin deputatı Asim Mollazadənin sədri olduğu Demokratik İslahatlar Partiyası və onun həmkarı Sabir Hacıyevin vaxtilə rəhbərlik etdiyi Vətəndaş Birliyi Partiyasını təmsil edir (VBP ləğv olunub).

Ramiz İbrahimov - MSK üzvü

1951-ci ildə doğulub. İxtisasca hüquqşünasdır. Milli Məclisin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. R.İbrahimov parlamentdə 68 üzvü olan Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edir.

Validə Kazımova - MSK üzvü

1949-cu ildə doğulub. İxtisasca hüquqşünasdır. Qanunverici orqanın qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. O, Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edir.

İlham Məmmədov - MSK üzvü

1961-ci ildə doğulub. İxtisasca hüquqşünasdır. Parlamentin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. Qanunverici orqanda birtərəf deputatları təmsil edir.

Nizami Nadirxanlı - MSK üzvü

1947-ci ildə doğulub. İxtisasca hüquqşünasdır. Milli Məclisin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. Nizami Nadirxanlı parlamentdə bitərəf deputatları təmsil edir.

Qabil Orucov - MSK üzvü

1976-cı ildə doğulub. İxtisasca hüquqşünasdır. Milli Məclisinin 2000-ci il tarixli qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. O, bitərəf parlament nümayəndələrini təmsil edir.

Hüseyn Paşayev - MSK üzvü

1968-ci ildə doğulub. İxtisasca tarixçidir. Milli Məclisin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. H. Paşayev parlamentdə Yeni Azərbaycan Partiyasını təmsil edir.

Almas Qəhrəmanlı - MSK üzvü

1961-ci ildə doğulub. İxtisasca elektrik-rabitə mühəndisidir. Milli Məclisinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. Qanunverici orqanda 3 təmsilçisi olan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) nümayəndəsidir.

Etibar Quliyev - MSK üzvü

1963-cü ildə doğulub. İxtisasca inşaat mühəndisidir. Milli Məclisin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. Parlamentdə Ana Vətən Partiyasını (AVP) təmsil edir.

İlkin Şahbazov - MSK üzvü

1988-ci ildə doğulub. İxtisasca hüquqşünasdır. Qanunverici orqanın qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü seçilib. Milli Məclisdə Azərbaycan Demokratik Maarifçilik Partiyasının təmsilçisidir.

Azərbaycan qanunvericiliyinə görə, MSK-nın 18 üzvü Milli Məclis tərəfindən təsdiq edilir və yerlər parlamentdə təmsil olunan siyasi qüvvələr arasında bölüşdürülür. Sədr postu da adətən hakim partiyanın təqdim etdiyi namizədə həvalə edilir.

Paylaş:
Digər xəbərlər

Müsahibə

27-08-2025, 12:24

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə veri ...

Müsahibə

22-04-2025, 13:57

Vahid Novruzov: "Keyfiyyətsiz audit aparanlar akkreditasiya sənədini itirə ...

Siyasət

10-04-2025, 10:10

Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" ...

Siyasət, Mədəniyyət

24-12-2024, 08:45

Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür

Siyasət

26-08-2024, 08:52

Mehriban Əliyevanın doğum günüdür

Siyasət

17-05-2024, 12:14

Siyasi partiyalarla dövlət orqanlarının əməkdaşlığının inkişaf etdirilməsi ...

Siyasət

24-12-2023, 12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

Mədəniyyət

26-08-2023, 23:52

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günü ...

Siyasət

10-05-2023, 09:44

Ümummilli lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yara ...

Hadisə
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
ABŞ-nin “Cerald R. Ford” aviadaşıyıcısı yanğın səbəbindən Kritə qayıdır
İran dronu Əbu-Dabidəki neft emalı zavoduna zərbə endirdi
Cəmiyyət
Dünən, 14:40
Sabah Bakıya yağış, bəzi rayonlara qar yağacaq, dolu düşəcək
18-04-2026, 09:45
Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib
16-04-2026, 09:09
Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
15-04-2026, 09:33
Xəzər dənizində zəlzələ olub
14-04-2026, 15:41
Pirşağıda kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğunun inşası üzrə vəziyyət açıqlanıb
13-04-2026, 09:34
Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-2
Son xəbərlər
  • Bu gün, 10:30
    İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir
  • Bu gün, 10:30
    "Azərpoçt"un rəhbəri işdən çıxıb
  • Bu gün, 10:28
    Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb
  • Bu gün, 10:27
    Ceyhun Bayramov Banqkokda səfərdədir
  • Dünən, 14:44
    Azərbaycan və İordaniya arasında Yaxın Şərqdəki vəziyyət müzakirə olunub
  • Dünən, 14:42
    Azərbaycanla Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb
  • Dünən, 14:40
    Sabah Bakıya yağış, bəzi rayonlara qar yağacaq, dolu düşəcək
  • Dünən, 14:38
    Naxçıvanda tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib
  • 18-04-2026, 17:30
    Mehriban Əliyeva Antalyada Fələstinə həsr olunan tədbirdə iştirak edib
  • 18-04-2026, 09:55
    Əli Əsədovun biznes və tikinti imperiyası...
  • 18-04-2026, 09:45
    Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib
  • 18-04-2026, 09:39
    Şahbaz Şərif və İlham Əliyev Antalyada ikitərəfli tərəfdaşlığı müzakirə ediblər
  • 18-04-2026, 09:36
    Azərbaycanla Aİ arasında yeni ikitərəfli saziş üzrə növbəti müzakirələr aparılıb
  • 17-04-2026, 10:46
    Sahibə Qafarova Gürcüstan parlamentinin "Şərəf" medalı ilə təltif edilib - YENİLƏNİB
  • 17-04-2026, 10:45
    Azərbaycanda külək enerjisi istehsalı 26 dəfə artıb
  • 17-04-2026, 10:41
    Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
  • 17-04-2026, 10:40
    Sahibə Qafarova bu gün Alen Simonyanla görüşəcək
  • 17-04-2026, 10:37
    Azərbaycan XİN Suriyanı Milli Günü münasibətilə təbrik edib
  • 16-04-2026, 15:43
    Azərbaycan ötən il Rusiyaya 837 milyon dollarlıq aqrar məhsullar ixrac edib
  • 16-04-2026, 15:06
    İlham Əliyev Türkiyəyə işgüzar səfər edib
  • 16-04-2026, 09:23
    İcra Hakimiyyətinin başçısı şəhid məzarlarını ziyarət etdi
  • 16-04-2026, 09:11
    İsrail və Livan liderləri bu gün danışıqlar aparacaq
  • 16-04-2026, 09:09
    Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
  • 16-04-2026, 09:06
    Boçorişvili: Gürcüstan Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlığı inkişaf etdirməyə çalışır
  • 16-04-2026, 09:04
    Dollar ucuzlaşır
  • 16-04-2026, 09:00
    "İrəvan: tarixin və itirilmiş irsin əks-sədası" kitabının təqdimatı keçirilib
  • 15-04-2026, 10:46
    Bu gündən yeni tədris ili üzrə xaricdə təhsillə bağlı sənəd qəbulu başlayır
  • 15-04-2026, 09:33
    Xəzər dənizində zəlzələ olub
  • 15-04-2026, 09:33
    Azərbaycan İcraiyyə Şurasının iclasında UNESCO-nun səmərəliliyinin artırılmasına çağırıb
  • 15-04-2026, 09:31
    Biləsuvarın bəzi hissələrində işıq olmayacaq
  • 15-04-2026, 09:29
    Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür
  • 14-04-2026, 15:43
    Çində Azərbaycan və İsveçrənin prokurorluq orqanları arasında əməkdaşlıq müzakirə olunub
  • 14-04-2026, 15:42
    İlham Əliyev Esvatininin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - YENİLƏNİB
  • 14-04-2026, 15:42
    İlham Əliyev Somalinin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - YENİLƏNİB
  • 14-04-2026, 15:41
    Pirşağıda kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğunun inşası üzrə vəziyyət açıqlanıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...