İnam Kərimov Naxçıvan Ali Məhkəməsinin yeni sədri ilə görüşüb
Sosial
Bu gün, 12:24
3
Bu barədə "Report"a Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, İ.Kərimov A.Hüseyni Prezidenti İlham Əliyevin Sərəncamı ilə bu yüksək və məsuliyyətli vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd olunub ki, A.Hüseyn uzun illər səmərəli fəaliyyəti ilə məhkəmə hakimiyyətinin nüfuzunun gücləndirilməsinə mühüm töhfələr verib. Bildirilib ki, onun bundan sonrakı fəaliyyəti də ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına müsbət təsir göstərəcək.
A.Hüseyn çıxışında ona göstərilən yüksək etimada görə ölkə başçısına minnətdarlığını bildirib, bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına səylə çalışacağını qeyd edib.
