XİN başçısı: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır » Memur.az

XİN başçısı: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır

XİN başçısı: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayırAzərbaycan və Ermənistan hazırda ikitərəfli münasibətlərdə ən dinc və sabit dövrü yaşayırlar.

"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclasında çıxışı zamanı bildirib.

C.Bayramov qeyd edib ki, hər iki tərəf müxtəlif istiqamətlərdə - hökumət, parlament səviyyələrində və vətəndaş cəmiyyəti səviyyəsində - sülh prosesinə əlavə təkan vermək məqsədilə konkret tədbirlərin həyata keçirilməsi üçün zəruri addımlar atır.