Azərbaycan Xarici İşlər Nazirliyi Albaniyanı Milli Günü münasibətilə təbrik edib.
"Report"un məlumatına görə, bu barədə xarici siyasət qurumunun "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.
"Milli Gün münasibətilə Albaniya xalqına və hökumətinə ən səmimi təbriklərimizi çatdırırıq. Bayramınız mübarək, Albaniya!", - paylaşımda bildirilib.