İsmayıllıda yeni istifadəyə verilən "Talıstan" liseyinə direktor təyinatı olub
Sosial
23-10-2025, 12:21
9
"Report"un məlumatına görə, liseyə Elçin Məmmədov gətirilib.
E.Məmmədov bu vəzifəyə qədər İsmayıllı şəhər 5 saylı tam orta məktəbdə direktor vəzifəsində işləyib.
Qeyd edək ki, Prezident İlham Əliyev bu il mayın 26-da lisey binasının açılışında iştirak edib. 1296 şagird yerlik lisey də "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində inşa olunub. Dörd mərtəbədən və 5 korpusdan ibarət binada 56 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, informatika, texnologiya, gənclərin çağırışaqədərki hazırlıq kabinetləri, kitabxana, 300 yerlik akt zalı, idman zalı və yeməkxana yaradılıb.
