TÜRKPA və AQEM Baş katibləri yeni tərəfdaşlıq imkanlarını müzakirə edib » Memur.az

TÜRKPA və AQEM Baş katibləri yeni tərəfdaşlıq imkanlarını müzakirə edib

TÜRKPA və AQEM Baş katibləri yeni tərəfdaşlıq imkanlarını müzakirə edibTürk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə tanışlıq görüşü keçirərək yeni tərəfdaşlıq imkanlarını müzakirə edib.

Qurumdan "Report"a verilən məlumata görə, K.Sarıbay görüş çərçivəsində Ramil Həsəni vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib və ona yeni postunda uğurlar arzulayıb.

Görüş zamanı tərəflər iki təşkilat arasında uzunmüddətli əməkdaşlığı xatırlayıb, mövcud vəziyyət və gələcək perspektivlər barədə fikir mübadiləsi aparıblar.

Hər iki tərəf qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da gücləndirilməsinə və regional dialoq, sülh və əməkdaşlığın təşviqinə yönəlmiş yeni tərəfdaşlıq imkanlarının araşdırılmasına sadiqliyini ifadə edib.