Azərbaycan, İran və Rusiya avtomobil daşımaları üzrə xüsusi İşçi qrupu yaradacaq
Sosial
14-10-2025, 12:00
10
"Report" xəbər verir ki, bu barədə razılıq üç ölkənin hökumət nümayəndələrinin ötən gün Bakıda keçirilmiş birgə görüşündə əldə olunub.
Tədbirdə həmçinin "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə yük daşımalarının illik həcminin 15 milyon tona çatdırılması üçün tədbirlər görülməsinin və yük axınlarının davamlı artımının təmin edilməsinin vacibliyi vurğulanıb.
Planlaşdırılan tədbirlər üzrə Fəaliyyət Planının 3 ay müddətində hazırlanması üçün də İşçi qrupunun yaradılması razılaşdırılıb.
