Leonid Slutski: Azərbaycan bizi yarıyolda qoymayan strateji tərəfdaşımızdır
Sosial
Bu gün, 09:13
3

"Report"un məlumatına görə, bunu "Rusiya-1" telekanalının canlı yayımında Rusiya Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədri, Liberal Demokrat Partiyasının lideri Leonid Slutski bildirib.
"Qarabağ münaqişəsi fonunda bizi Azərbaycanla küsdürməyə çalışırdılar. Halbuki Azərbaycan bu gün bizi yarıyolda qoymayan strateji tərəfdaşımızdır. Və Azərbaycan Prezidenti İlham Əliyev ən etibarlı tərəfdaşlarımızdan biridir", - deyə o qeyd edib.