• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

İlqar Hacıyev, Məhəmməd Mirzəli, Qurban Məmmədov və digər şəxslər Baş Prokurorluğa çağırılıblar

Sosial

17-03-2025, 10:17

İlqar Hacıyev, Məhəmməd Mirzəli, Qurban Məmmədov və digər şəxslər Baş Prokurorluğa çağırılıblarAzərbaycan Respublikasının Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq İlqar Allaz oğlu Hacıyevi, Məhəmməd Fazil oğlu Mirzəlini, Qurban Cəlal oğlu Məmmədovu, Elşad Tofiq oğlu Məmmədovu, Qabil Əmrah oğlu Məmmədovu, Tural Əlövsət oğlu Sadıqlını İstintaq İdarəsinə çağırıb.

“Report”un xəbərinə görə bu barədə Baş Prokurorluqdan İTV-yə bildirilib.

Məlumata görə, Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxslər – İlqar Allaz oğlu Hacıyevə, Məhəmməd Fazil oğlu Mirzəliyə, Qurban Cəlal oğlu Məmmədova, Elşad Tofiq oğlu Məmmədova, Qabil Əmrah oğlu Məmmədova, Tural Əlövsət oğlu Sadıqlıya Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildirişlər göndərilib.

Onlar bir sıra cinayətlərdə şübhəli bilinirlər. O cümlədən İ.Hacıyevin istintaqa şəxsiyyəti məlum olan tanışının etibarından sui-istifadə edərək Rusiya Federasiyasının Moskva vilayətinin Mıtışinski rayonunun Piroqovka kəndində və Odintsovski rayonunun Novıye Javoronki kəndində yaşayış komplekslərinin tikinti layihələrini təqdim edərək həmin layihələrin icrası ilə bağlı 10 000 000 ABŞ dolları məbləğində investisiya qoyacağı təqdirdə 18.000.000 ABŞ dolları qazanc əldə edəcəyi vədi ilə aldatmaqla 2016-cı ilin fevralından 2017-ci ilin martın 22-dək olan müddət ərzində Rusiyanın paytaxtı Moskvada və Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunun qarşısında ümumilikdə həmin dövrün rəsmi məzənnəsinə görə 17 000 000 manat təşkil edən 10 000 000 ABŞ dolları məbləğində pul vəsaitlərini alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunub.

M.Mirzəlinin Cinayət Məcəlləsinin 220.2 və 281.1-ci maddələri ilə 02 iyun 2018-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul olunub. Qərara əsasən, M.Mirzəlinin 2018-ci ilin əvvəllərində Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən olunub.

Q.Məmmədovun 19 aprel 2019-cu il, 8 iyun 2019-cu il, 15 iyun 2019-cu il və 7 avqust 2019-cu il tarixlərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya resurslarında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə, həmçinin 26 mart 2019-cu il, 29 iyun 2019-cu il, 18 oktyabr 2019-cu il, 27 oktyabr 2019-cu il tarixlərdə internet informasiya resurslarında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak zərərinin vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsinə şərait yaradan hərəkətlər etməyə, yəni terrorçuluğa, habelə əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlara açıq çağırışlar etməsinə, həmçinin 11 iyul 2023-cü il tarixdə "AzerFreedom TV" internet platformasında işinə görə ona məlum olan dövlət sirri təşkil edən məlumatları ağır nəticələrə səbəb olaraq dövlətə xəyanət əlamətləri olmadan yaymasına əsaslı şübhələr müəyyən edilib.

E.Məmmədovun isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 281.2-ci maddəsi ilə 05 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunub. Onun 2021-ci ilin aprel ayından başlayaraq 2022-ci ilin may ayınadək internet informasiya resurslarında qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etməklə bu cür məzmunlu materialları internet resurslarında yaymasına əsaslı şübhələr müəyyən olunub.

Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.2.1, 182.2.4, 214.2.1, 214.2.2, 214.2.3, 214-1, 214-2, 32.3, 34.2, 233, 32.3, 34.2, 315, 32.3, 34.2, 186.2.1, 32.3, 34.2, 186.2.2, 32.3, 34.2 və 127.2.1-ci maddələri ilə təqsirləndirilən Q.Məmmədovun Azərbaycan Respublikası ərazisində 2015-2017-ci illər ərzində ayrı-ayrı şəxsləri müxtəlif dövlət qurumlarına işə düzəldəcəyi, onlara pensiya və sosial müavinət verilməsini təmin edəcəyi ilə aldadıb etibarlarından sui-istifadə etməklə 10 nəfər şəxsə məxsus ümumilikdə 29.597 manat məbləğində nağd puldan ibarət özgə əmlakını ələ keçirib zərər çəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsinə, bundan başqa, 30.06.2019 və 21.10.2019-cu il tarixlərdə internet informasiya resurslarında Azərbaycan Respublikası ərazisində qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə terrorçuluq cinayət əməllərinin törədilməsinə yönələn açıq çağırışlar etməsi və bu cür məzmunlu materialları açıq olan internet resurslarında yaymaqla terrorçuluq hərəkətlərini çıxışlarında ifadə etməsinə, həmçinin, 2019-cu ilin əvvəllərindən 2020-ci ilin aprel ayınadək olan müddət ərzində qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə müxtəlif valyutalarda 10.000 manat pul vəsaitini birbaşa və dolayı yolla “WhatsApp” proqramı üzərindən Azərbaycan Respublikasında olan şəxslərə terrorçuluq məqsədilə göndərməklə terrorçuluğu maliyyələşdirilməsinə yönələn hərəkətlər edilməsinə, eyni zamanda 14.07.2020-ci il tarixdə qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə Azərbaycan Respublikasında ictimai sabitliyin pozulmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan və nəqliyyatın, təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərilməsi və xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar onlara qarşı zor tətbiq edilməsi ilə bağlı, habelə öz qulluq borcunu yerinə yetirən zərərçəkmiş şəxsin əmlakını qəsdən məhv etmə və zədələməklə ağır nəticələrə səbəb olan və ziyan vuran cinayətin törədilməsini cinayətin iştirakçılarının fəaliyyətlərini əlaqələndirməklə, cinayətin törədilməsini istiqamətləndirməklə, onlarda cinayət törətmək qətiyyətini möhkəmləndirməklə təşkil və rəhbərlik etməsinə, göstərilənlərlə yanaşı 2023-cü ilin oktyabr ayından etibarən davamlı surətdə qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə internet informasiya resurslarında Azərbaycan Respublikasında yaşayan şəxsin şərəf və ləyaqətini alçaldacağı hədəsi ilə 28.500 manat məbləğində pulu hədə-qorxu ilə tələb etməsi və 24.02.2014 və 27.02.2024-cü il tarixlərində şəxsin barəsində rüsvayedici məlumatların internet informasiya resurslarında qeyri-məhdud sayda internet istifadəçiləri arasında paylaşmasına əsaslı şübhələr müəyyən olunub.

Təqsirləndirilən digər şəxs - T. Sadıqlının 2016-cı ildə Almaniya Federativ Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşını “oturum izni” ala biləcəyini vəd etməklə etibarını qazanıb aldadaraq 1260 manat məbləğində əmlakını ələ keçirməsinə və vətəndaşlıq almaq məqsədilə şəxslərin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən siyasi partiyaların üzvləri kimi siyasi baxış və mövqelərinə görə təqib və təzyiqlərə məruz qalmaları, kütləvi aksiyalarda iştirak edib polis əməkdaşlarına müqavimət göstərdiklərinə görə məhkəmələr tərəfindən inzibati həbs olunmaları, barələrində cinayət işi başlanmaqla hüquq-mühafizə orqanlarına çağırılmaları kimi məzmununa bilə-bilə həqiqətə uyğun olmayan, yalan məlumatlar daxil edilib, dövlət təşkilatlarının müvafiq imza, blank, çap və əlyazma mətnləri birbaşa icra olunmayaraq, rəqəmsal qurğu vasitəsilə surəti çıxarılmaqla elektrofotoqrafik çap üsulu vasitəsilə çap qurğusunda icra edilmiş hüquq verən rəsmi sənədlərin qanunsuz hazırlamasına, bundan başqa, 19 aprel 2019-cu il, 8 iyun 2019-cu il, 15 iyun 2019-cu il və 7 avqust 2019-cu il tarixlərdə internet informasiya resurslarında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Paylaş:
Digər xəbərlər

Sosial

23-11-2023, 10:16

Məhkəmə həbsdə olan keçmiş direktorla bağı qərarı açıqladı

Sosial

17-11-2023, 10:06

Ədliyyə Nazirliyinin sabiq əməkdaşı ilə bağlı QƏRAR

Hadisə

25-09-2023, 09:53

DİN adından istifadə edərək dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında

Bölgə

3-07-2023, 09:12

Zəngilanda dövlət sərhədini pozan erməni diversantların məhkəməsi başlayır

Sosial

22-06-2023, 09:26

Zəngilanda sərhədi pozan erməni diversantlarının məhkəməsinin tarixi bəlli ...

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
Bu gün, 10:40
QMİ Qurban bayramı ilə bağlı fətva verib
22-05-2026, 10:29
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
21-05-2026, 11:52
DİM: Qabiliyyət imtahanlarına qeydiyyat başlanır
20-05-2026, 15:53
Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
15-05-2026, 10:14
Bakı metrosu WUF13 günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
14-05-2026, 14:41
ADY Qurban bayramı ilə əlaqədar Gəncə–Mingəçevir-Gəncə reysi təşkil edir
Son xəbərlər
  • Bu gün, 10:40
    QMİ Qurban bayramı ilə bağlı fətva verib
  • Bu gün, 10:40
    Azərbaycan və ÜST əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
  • Bu gün, 10:39
    XİN: Azərbaycan Afrika ölkələri ilə dostluq münasibətlərinə böyük əhəmiyyət verir
  • Bu gün, 10:38
    Nazir müavini: Azərbaycan Afrikadan gələn tələbələrə müxtəlif proqramlar vasitəsilə dəstək göstərir
  • Bu gün, 10:38
    XTQ-nin hərbi vəzifəlilərinin təlim toplanışı keçirilib
  • Bu gün, 10:37
    Serbiya Prezidenti: Yaxın vaxtlarda istefa verməyim mümkündür
  • Bu gün, 10:36
    Mayk Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilib
  • Dünən, 12:43
    U-15 Avropa çempionatı: Azərbaycan güləşçilərinin medal sayı altıya çatıb
  • Dünən, 12:41
    Azərbaycan səfiri Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəhbəri ilə görüşüb
  • 23-05-2026, 18:14
    Prezident: Azərbaycan urbisid və ekosidin nəticələrini aradan qaldıraraq Qarabağı yenidən qurur
  • 23-05-2026, 18:12
    İlham Əliyev WUF13-ün bütün iştirakçılarını uğurlu və nəticəyönümlü tədbir münasibətilə təbrik edib
  • 23-05-2026, 18:10
    Azərbaycanla Tacikistanın elm və təhsil sahəsində əməkdaşlığı müzakirə olunub
  • 22-05-2026, 15:11
    Mirziyoyev və Putin strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər
  • 22-05-2026, 10:34
    Bahar Muradova: Azərbaycan qadınların şəhərsalma proseslərində iştirakını dəstəkləməyə hazırdır
  • 22-05-2026, 10:33
    Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
  • 22-05-2026, 10:32
    Mərkəzi Bank ilə "Deutsche Bank" arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
  • 22-05-2026, 10:31
    Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
  • 22-05-2026, 10:30
    Vüqar Süleymanov: Minatəmizləmə bərpa və yenidənqurmanın əsas təməlidir
  • 22-05-2026, 10:29
    ANAMA rəhbəri: Azad olunmuş ərazilərdə 270 min hektardan çox sahə minalardan təmizlənib
  • 22-05-2026, 10:29
    AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
  • 21-05-2026, 18:28
    VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI KƏLBƏCƏRƏ USTA KİMİ APRILIB ALDADILDI- “A-KOND 1” ŞİRKƏTİ ONLARIN PULLARINI VERMİR-İDDİA
  • 21-05-2026, 12:28
    Emilia Saiz: "Kollektiv liderlikdə işi faktiki görən insanlar çatışmır"
  • 21-05-2026, 12:24
    Ucar Rayon Mərkəzi Xəstəxanasında yeni Hemodializ şöbəsinin açılışı olub
  • 21-05-2026, 11:52
    DİM: Qabiliyyət imtahanlarına qeydiyyat başlanır
  • 21-05-2026, 11:52
    Yelena Şulyak: Ukraynadakı münaqişənin dörd ili ərzində mənzil fondunun 14 %-dən çoxu məhv edilib
  • 21-05-2026, 11:50
    Azərbaycan Səudiyyə Ərəbistanı ilə enerji sektorunda əməkdaşlığı genişləndirəcək
  • 21-05-2026, 11:50
    Nazir: "Fələstin Qəzzanın bərpası üçün Azərbaycanın təcrübəsindən istifadə etmək niyyətindədir" - EKSKLÜZİV
  • 21-05-2026, 11:49
    Emin Hüseynov: Bu il daha 30 min nəfərin doğma yurdlarına qayıtması əsas hədəfimizdir
  • 21-05-2026, 11:48
    Donald Tramp: Ərdoğan sərt adamdır
  • 21-05-2026, 11:47
    Macarıstanda Konstitusiya dəyişir: Baş nazir iki dəfə seçilə biləcək
  • 21-05-2026, 11:46
    Pezeşkian: İran müharibənin qarşısını almaq üçün bütün mümkün yolları araşdırıb
  • 21-05-2026, 11:27
    Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri mina təhlükəsizliyi ilə bağlı maarifləndiriliblər
  • 21-05-2026, 11:26
    "AzerGold" QSC-nin İdarə Heyətinin sədri ilə Esvatini Kralı arasında görüş keçirilib
  • 20-05-2026, 15:53
    Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
  • 20-05-2026, 13:05
    MEDİA-da D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə ikitərəfli görüş keçirilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...