Aİ Suriyanın yeni hakimiyyəti ilə Rusiya bazalarının ləğvini müzakirə edəcək
Sosial
17-12-2024, 09:18
7
Avropa İttifaqı (Aİ) Suriyanın yeni hakimiyyət orqanları ilə dialoqda bu ölkədəki Rusiya bazalarının ləğvi ilə bağlı məsələlər qaldıracaq.
"Report" xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas təşkilatın 27 ölkəsinin xarici işlər nazirlərinin görüşünün yekunları üzrə deyib.
O bildirib ki, məsələ müxtəlif səviyyələrdə görüşlər zamanı müzakirə ediləcək.
Kallasın sözlərinə görə, mövzu dünənki görüş zamanı da müzakirə olunub: "Bir sıra avropalı nazirlər bildirdilər ki, Suriyanın yeni rəhbərliyi ilə dialoq üçün Rusiya təsirindən imtina şərt olmalıdır".