• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Sahibə Qafarova əlcəzairli həmkarını İrandakı səfirliyimizə qarşı törədilmiş terrorla bağlı məlumatlandırıb

Sosial

30-01-2023, 15:16

Sahibə Qafarova əlcəzairli həmkarını İrandakı səfirliyimizə qarşı törədilmiş terrorla bağlı məlumatlandırıbMilli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Xalq Demokratik Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə görüşüb.

Milli Məclisdən bildirilib ki, Azərbaycan parlament rəhbərini səmimiyyətlə salamlayan Milli Xalq Assambleyasının sədri ölkələrimiz və parlamentlərimiz arasında mövcud əlaqələrin məmnunluq doğurduğunu bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin noyabrında Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak etmək məqsədilə bu ölkəyə səfər etdiyini xatırladaraq, bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

İbrahim Bouğali həmçinin özünün 2022-ci ilin iyun ayında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin birinci konfransında iştirak etmək məqsədilə Azərbaycana səfər etdiyini qeyd edib və Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, inkişaf səviyyəsindən müsbət təəssürat aldığını bildirib. O, Parlament Şəbəkəsi çərçivəsində Əlcəzair parlamentinin dəstəyini və əməkdaşlığı inkişaf etdirməyə hər zaman hazır olduqlarını ifadə edib.

O, Bakıda səfərdə olarkən Azərbaycan xalqının yüksək qonaqpərvərliyini gördüyünü bildirib, ölkəmizdə yaşayan Əlcəzair icmasının üzvləri ilə görüşdüyünü, onların Azərbaycanda özlərini çox rahat hiss etdiklərini və yaxşı yaşadıqlarını və buna görə ölkəmizə minnətdarlıqlarını ifadə edib. Milli Xalq Assambleyasının sədri Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi məsələsinə münasibətdə qeyd edib ki, Əlcəzair xalqı da öz tarixində bənzər hadisələr yaşayıb və bu səbəbdən Azərbaycan xalqının əldə etdiyi qələbəyə görə keçirdiyi qürur hissini yaxşı başa düşürlər və Azərbaycan xalqına sülh və sabitlik arzu edirlər.

Milli Məclisin sədri Sahibə Qafarova səfərə dəvətə və Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edərək, bildirib ki, bu səfər Azərbaycan Milli Məclisinin sədri səviyyəsində Əlcəzairə ilk səfərdir. Azərbaycan və Əlcəzairi ənənəvi dostluq telləri və ortaq dəyərlər bağladığını qeyd edən parlamentin rəhbəri xatırladıb ki, gələn il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olacaq. O, Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasına səfərinin dost ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm mərhələ olduğunu vurğulayaraq qeyd edib ki, ölkələrimiz arasında münasibətləri daha da inkişaf etdirmək üçün böyük potensial mövcuddur.

Spiker Sahibə Qafarova deyib ki, ölkələrimiz arasında münasibətlərin mühüm bir istiqamətini parlamentlərimiz arasında əlaqələr təşkil edir. Dostluq qruplarının fəaliyyəti bu əlaqələrin daha da dərinləşdirilməsinə dəstək verəcək. Spiker qeyd edib ki, parlamentlərimiz beynəlxalq parlament təşkilatlarında da uğurla əməkdaşlıq edirlər və bu təşkilatlarda qanunverici orqanlarımız arasında qarşılıqlı dəstək mövcuddur. Bütün bunlar sülh və təhlükəsizliyə, həmrəyliyə xidmət edir.

Görüşdə Milli Məclisin sədri bir neçə gün əvvəl – yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı haqqında məlumat verib və qeyd edib ki, bir çox ölkələr bu hadisəni kəskin şəkildə qınayıblar.

Milli Məclisin sədri Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti, bu platformanın qarşısında duran vəzifələr haqqında geniş məlumat verib. O, Parlament Şəbəkəsinin Bəhreyndə keçiriləcək növbəti konfransında bu əməkdaşlıq çərçivəsinin institusional inkişafı baxımından mühüm məsələlərin müzakirəsinin nəzərdə tutulduğunu qeyd edərək, bu platforma çərçivəsində əməkdaşlığın önəmini diqqətə çatdırıb. Sahibə Qafarova qeyd edib ki, Parlament Şəbəkəsi üzv parlamentlərin birgə fəaliyyətinin əlaqələndirilməsinə, ölkələrimizin səsinin beynəlxalq aləmdə eşidilməsinə, qarşılıqlı maraq doğuran məsələlərin həllinə töhfə verə biləcək təsisatdır. O, Əlcəzairin təşkilatın işində fəal iştirakını yüksək qiymətləndirib.

Parlamentin sədri 44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi şanlı Qələbə, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş və torpaqlarımızın işğaldan azad edilməsini tələb edən qətnamələrin uzun illər kağız üzərində qalması və icra olunmaması, bu sənədlərin icrasının Azərbaycanın öz gücü hesabına həyata keçirilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından sonra regionda yeni yaranmış vəziyyət, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib. O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin təşəbbüskarının məhz Azərbaycan olmasına və beynəlxalq hüququn beş əsas prinsipi əsasında sülh sazişinin imzalanmasını təklif etməsinə baxmayaraq, Ermənistan danışıqlarda destruktiv mövqe nümayiş etdirir və üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozur.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Görüşdə, həmçinin Milli Məclisin sədr müavini Fəzail İbrahimli, Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Abbaszadə, deputatlardan Sabir Rüstəmxanlı və Cavanşir Paşazadə, Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayev də iştirak ediblər.

Paylaş:
Digər xəbərlər

Sosial

8-12-2022, 16:33

Sahibə Qafarova Türkmənistan Prezidenti ilə görüşüb

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
6-05-2026, 11:00
Bu gündən uşaqların I sinfə qəbulu başlayır
1-05-2026, 16:27
"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
19-04-2026, 14:40
Sabah Bakıya yağış, bəzi rayonlara qar yağacaq, dolu düşəcək
18-04-2026, 09:45
Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib
16-04-2026, 09:09
Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
15-04-2026, 09:33
Xəzər dənizində zəlzələ olub
Son xəbərlər
  • Bu gün, 12:31
    Xocavənd rayonuna daha 18 ailə yola salınıb
  • Bu gün, 12:30
    Azərbaycanla Vatikan səhiyyə və pediatriya sahəsində əməkdaşlığı müzakirə edib
  • Bu gün, 12:29
    Parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirə olunur
  • Bu gün, 12:28
    Sahibə Qafarova: Son 23 il Azərbaycanın həyatına dinamik, hərtərəfli inkişaf dövrü kimi daxil olub
  • Bu gün, 12:27
    Azərbaycan mədəni irs sahəsində qlobal innovasiya liderləri sırasında yer alıb
  • Bu gün, 12:25
    Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib
  • Bu gün, 10:25
    Umayra Tağıyeva əhalini ekoloji aksiyalarda iştiraka çağırıb
  • Bu gün, 10:09
    Vaşinqtonda Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri təşkil edilib
  • Bu gün, 10:08
    İraq və İran sərhəd nəzarətini gücləndirəcək
  • Bu gün, 10:08
    Hakan Fidan Dohada HƏMAS üzvü ilə görüşüb
  • Bu gün, 10:07
    Nyu-Yorkda Heydər Əliyevin 103 illiyi münasibətilə şahmat turniri keçirilib
  • 10-05-2026, 10:35
    Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
  • 10-05-2026, 10:33
    Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
  • 10-05-2026, 09:21
    İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı
  • 10-05-2026, 09:16
    Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
  • 10-05-2026, 09:13
    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
  • 9-05-2026, 11:45
    Yol polisi qeyri-iş günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • 9-05-2026, 11:44
    Kiyevdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
  • 9-05-2026, 11:42
    Hərbi Prokurorluq Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir keçirib
  • 9-05-2026, 11:40
    Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib
  • 9-05-2026, 11:37
    Bu gün faşizm üzərində qələbənin ildönümüdür
  • 8-05-2026, 10:53
    Azərbaycan və Çili arasında siyasi məsləhətləşmələr aparılıb
  • 8-05-2026, 10:51
    Kamran Əliyev: Dünyada və regionda baş verən proseslər narahatlıq doğurur
  • 8-05-2026, 10:50
    Şahin Bağırov: "Gömrük orqanlarında müasir texnoloji nailiyyətlərdən istifadə istiqamətində addımlar atılır"
  • 8-05-2026, 10:49
    Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət edib
  • 8-05-2026, 10:47
    Azərbaycan ilə Malayziya arasında daha dərin əməkdaşlıq imkanları araşdırılır
  • 8-05-2026, 10:46
    Azərbaycan-Tacikistan münasibətlərinin cari vəziyyəti müzakirə olunub
  • 8-05-2026, 10:45
    "Xatəm əl-Ənbiya": ABŞ bilməlidir ki, İran istənilən hücuma sarsıdıcı cavab verəcək
  • 7-05-2026, 16:04
    Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • 7-05-2026, 16:02
    Azərbaycan və Monqolostan Baş prokurorluqları arasında anlaşma memorandumu imzalanıb
  • 7-05-2026, 11:13
    Yusif Abdullayev: "Azərbaycan IsDB Qrupunun bir sıra təşəbbüslərinə cəlb olunub"
  • 7-05-2026, 11:13
    Balakən kanat yolunun inşasına başlanılıb
  • 7-05-2026, 11:12
    ICIEC: Azərbaycanda investisiya və tərəfdaşlıq üçün perspektivli mühit var
  • 7-05-2026, 11:11
    Azərbaycan və Almaniya nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir
  • 7-05-2026, 11:11
    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...