İrana qarşı yeni sanksiyalar elan etdilər

sosial sebeke

İrana qarşı yeni sanksiyalar elan etdilər

ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli 16 şəxs və 10 qurumu sanksiya siyahısına daxil edib. Məhdudiyyətlərin İranın beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmağa yönəldiyi bildirilib.

“Qafqazinfo” xəbər verir ki, nazirliyin açıqlamasına görə, “İqtisadi Təcrid Əməliyyatı” çərçivəsində tətbiq edilən sanksiyalar İranın beynəlxalq maliyyə sisteminə çıxış əldə etmək cəhdlərini hədəf alır.

Siyahıya İrana maliyyə vasitəçiliyi xidmətləri və ABŞ dollarına çıxış təmin etdiyi bildirilən, İraqda yerləşən Beynəlxalq İnvestisiya və Maliyyə İnkişaf Bankı (İİB) da daxil edilib.

Bəyanatda İİB-nin İran iqtisadiyyatının maliyyə sektorunda fəaliyyət göstərdiyinə görə sanksiya siyahısına əlavə olunduğu qeyd edilib.

Sanksiyalar İranın neft satışından əldə etdiyi gəlirləri ölkəyə qaytarmaq üçün istifadə etdiyi maliyyə şəbəkələrini də əhatə edib. ABŞ Maliyyə Nazirliyi Tehranın sanksiyalar səbəbindən gəlir əldə etmək və xaricə pul köçürmək üçün bir sıra ölkələrdə fəaliyyət göstərən kölgə bank şəbəkələrindən istifadə etdiyini bildirib.