Hafiz Paşayev: ADA texniki ixtisaslara xüsusi diqqət yetirir

sosial sebeke

Hafiz Paşayev: ADA texniki ixtisaslara xüsusi diqqət yetirirADA Universiteti mühəndislik ixtisaslarına, o cümlədən elektrotexnikaya xüsusi diqqət yetirir və xarici ali məktəblərlə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

"MemurTv.az" xəbər verir ki, bu barədə Universitetin rektoru Hafiz Paşayev Bakıda keçirilən İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə IEEE Beynəlxalq Konfransında (AICT2026) bildirib.

Onun sözlərinə görə, konfransın özü kimi, bu il universitet də 20 illiyini qeyd edir ki, bu da uzun illər ərzində orada fəal iştirak edən alimlərin ardıcıl fəaliyyətindən xəbər verir.

H.Paşayev, həmçinin konfrans iştirakçılarını universitetlə daha yaxından tanış olmağa çağırıb və Turin Universiteti ilə əməkdaşlıq edən Azərbaycan-İtaliya Universiteti barədə danışıb:

"Universitet beş ildən azdır ki, fəaliyyət göstərir və artıq gələn il ilk məzunlarımız olacaq. Əsas diqqətin mühəndislik ixtisaslarına, o cümlədən elektrotexnikaya yönəldilməsi bizim üçün xüsusilə vacibdir. Buna görə də biz bir çox universitetlərlə əməkdaşlığı inkişaf etdirməyə çalışırıq".

O vurğulayıb ki, ADA Universiteti qarşılıqlı fəaliyyətə, yeni peşəkar əlaqələrin qurulmasına və birgə təşəbbüslərin həyata keçirilməsinə açıqdır.