Hacı Məhərrəm Novruzov işgüzar fəaliyyəti ilə yanaşı, sosial məsuliyyətə və insanların rifahına göstərdiyi diqqətlə tanınır
Onun adı Azərbaycanda tikinti, turizm, istirahət və idman sahələrində həyata keçirilən bir sıra layihələrlə əlaqələndirilir.
Bir insanın cəmiyyətə verdiyi töhfəni ölçmək üçün onun təkcə gördüyü işləri deyil, həmin işlərin insanların həyatına necə təsir etdiyinə baxmaq lazımdır.
Bu baxımdan iş adamı Hacı Məhərrəm Novruzovun həyata keçirdiyi xeyirxah layihələr sadalıamaqla bitmir.
Hacı Məhərrəmin uğurli işləri yalnız infrastruktur layihələri ilə məhdudlaşmır. Onun tərəfindən imkansız və aztəminatlı ailələrə daim diqqət və qayğı göstərildiyi, ehtiyacı olan insanlara müxtəlif istiqamətlərdə yardım edildiyi bildirilir.
Bu yanaşma həm də cəmiyyətin həssas təbəqələrinə dəstəyin vacibliyini bir daha ortaya qoyur.
Bütün bu fəaliyyətlərin ən diqqətçəkən tərəflərindən biri isı şəhid ailələri və qazilərə göstərilən xüsusi münasibətdir.
Çünki şəhid ailələrinə və qazilərə diqqət yalnız maddi yardım məsələsi deyil. Bu, həmin insanların cəmiyyət üçün göstərdikləri fədakarlığa hörmətin və ehtiramın ifadəsidir.
Biz bir cəmiyyət olaraq Hacı Məhərrəm Novruzovun timsalında bizneslə xeyriyyəçiliyin, sahibkarlıqla sosial məsuliyyətin bir araya gəlməsinin nümunəsini görürük. Yol, körpü, su xətti və bənd kimi layihələr Azərbaycanın gündəlik həyatına töhfə verirsə, aztəminatlı ailələrə, şəhid ailələrinə və qazilərə göstərilən diqqət bu fəaliyyətin insani tərəfini ön plana çıxarır.
Bu gün cəmiyyətin ehtiyacı olan əsas dəyərlərdən biri də məhz qazandığını cəmiyyətlə bölüşmək, insanların probleminə biganə qalmamaq və xeyirxahlığı əməli addımlarla göstərməkdir.
Hacı Məhərrəm Novruzovun bir sahibkar kimi gücü yalnız iqtisadi göstəricilərlə deyil, insanların həyatına verilən töhfə ilə də ölçülə bilir.
Bütün bunlar bir məqsəddə birləşir. İinsanlara fayda vermək.
Elə insanın cəmiyyətdə qazandığı ən böyük sərvət də məhz budur-insanların rəğbəti, hörməti və xoş duası.
Qeyd edək ki, Hacı Məhərrəm Novruzov, Azərbaycanın tikinti və daşınmaz əmlak sektorunda böyük uğurlara imza atan tanınmış sahibkarlardan biridir. Onun rəhbərliyi altında fəaliyyət göstərən “Qurtuluş-93” Yaşayış Kompleksi, müasir infrastrukturu, yüksək keyfiyyətli mənzil tikintisi və sakinlər üçün yaratdığı ideal yaşayış şəraiti ilə seçilir.
“Qurtuluş-93” yaşayış kompleksi, təkcə insanların rahat yaşaması üçün nəzərdə tutulmuş binalar deyil, həm də tam müasir standartlara cavab verən, təhlükəsiz və komfortlu bir yaşayış məkanıdır. Burada sakinlərin istirahəti və gündəlik ehtiyaclarını qarşılamaq üçün hər bir şərait yaradılmışdır. Eyni vaxtda kompleksin ərazisində geniş yaşıllıq sahələri, uşaq meydançaları, ticarət obyektləri və digər sosial infrastruktur yaradılmışdır.
Xatırladaq ki, Hacı Məhərrəm Novruzovun rəhbərliyi altında bu layihə insanlara keyfiyyətli və rahat həyat şəraiti təqdim etməkdədir.
O, həmçinin təkcə biznes sahəsindəki uğurları ilə deyil, sosial məsuliyyətli fəaliyyəti ilə də tanınır. Şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə daim maddi və mənəvi dəstək göstərir. Onun təşəbbüsü ilə bir çox sosial layihələr həyata keçirilmiş, ehtiyacı olan insanlara yardım edilmişdir. Bu, onun vətənpərvər ruhunun və cəmiyyətə olan bağlılığının bariz nümunəsidir.
Bunu xüsusi olaraq qeyd edək ki, Hacı Məhərrəm Novruzov həm də Prezident İlham Əliyevin sosial rifahın yaxşılaşdırılması və iqtisadi inkişafın gücləndirilməsi istiqamətində apardığı siyasətə daim dəstək göstərən iş adamlarından biridir. O, həm də İş yerlərinin yaradılması, insanların işlə təminatı və rifahının yaxşılaşdırılması kimi ən vacib dövlət siyasətinə xidmət etməkdədir.
Ölkədə tikinti və şəhərsalma sahəsində həyata keçirilən islahatları yaxından izləyən iş adamı kimi öz layihələrində bu inkişaf strategiyasına və dövlətin siyasətinə uyğun addımlar atmaqda davam edir.
Ancaq son zamanlar belə bir iş adamı bəzi media subyeklərində linc olunur və bu hal davam etməkdədir. Onun dövlətinin möhkəmlənməsinə və inkişafına yatırdığı sərmayənin haqqında söz açan belə yoxdur. İnsanları küsdürmək, onlara ləkə yaxmaq sanki bir ənənəyə çevrilib. Həqiqəti görmək isə onların gözlərini kor edib. O, isə bütün bu qarayaxma kompaniyalarına baxmayaraq öz xeyriyyə işlərini davam etdirməkdədir.
“Haqq nazilər, amma üzülməz ” demiş babalar.
Biz redaksiya olaraq hacıya uğurlar və sağlamlıq arzulayırıq.
Amid Əliyev,
Məmurtv.az saytını rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Hacı Məhərrəm Novruzov işgüzar fəaliyyəti ilə yanaşı, sosial məsuliyyətə və insanların rifahına göstərdiyi diqqətlə tanınır.
sosial sebeke

















