Göygöl şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi" mövzusunda regional konfrans başlayıb.
"MemurTv.az"ın Qərb bürosunun məlumatına görə, konfransda Dövlət Komitəsi ilə Göygöl Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edirlər.
Tədbir çərçivəisində həmçinin "Müxtəliflik şəraitində birgəyaşayış və qarşılıqlı hörmət" və "Fərqli inanclar, ortaq dəyərlər: müasir çağırışlar fonunda birgə məsuliyyət" mövzuları üzrə panel müzakirələr də təşkil olunacaq.
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
sosial sebeke

















