Mövqe: Hüquqi qiymət verilmiş məsələ ətrafında dezinformasiyaya son qoyulmalıdır. LOR həkimi Rəşad Məmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.

sosial sebeke

Mövqe: Hüquqi qiymət verilmiş məsələ ətrafında dezinformasiyaya son qoyulmalıdır. LOR həkimi Rəşad Məmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
Heqiqixeber.az xəbər verir ki, son günlər bəzi media resurslarında və sosial şəbəkə platformalarında LOR cərrahı Rəşad Məmmədov haqqında müxtəlif iddialar və ittiham xarakterli paylaşımlar yayımlanır. Cəmiyyət üçün həssas əhəmiyyət daşıyan belə mövzularda informasiyanın dəqiqləşdirilmədən təqdim edilməsi həm jurnalistikanın peşə etikası prinsiplərinə, həm də şəxsin işgüzar nüfuzunun qorunması hüququna ziddir.
Doktor Rəşad Məmmədov məsələ ilə bağlı açıqlamasında bildirib ki, onun barəsində səsləndirilən iddialar həqiqəti əks etdirmir. O qeyd edib ki, pasiyentin şikayəti hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb və irəli sürülən iddialar öz təsdiqini tapmayıb. Məhz buna görə də Prokurorluq və məhkəmə tərəfindən vətəndaşın şikayəti təmin edilməyib.
Bu fakt onu göstərir ki, hüquqi qiymətini almış məsələ ilə bağlı birtərəfli və qərəzli məlumatların dövriyyəyə buraxılması ictimai rəyi yanlış istiqamətləndirə, eyni zamanda peşəkar fəaliyyət göstərən həkimin nüfuzuna zərər vura bilər. Jurnalistikanın əsas prinsiplərindən biri məlumatın bütün tərəflərinin mövqeyini öyrənmək və oxucuya obyektiv informasiya təqdim etməkdir.
Rəşad Məmmədov uzun illər tibb sahəsində çalışan mütəxəssisdir. O, 1996-cı ildə Avropa Liseyini qızıl medalla bitirib, həmin il Azərbaycan Tibb Universitetinə qəbul olunaraq uzunmüddətli təhsil və peşə hazırlığı keçib. İllər ərzində qazandığı bilik və təcrübə onun həkim kimi fəaliyyətinin əsasını təşkil edir. Belə bir mütəxəssis haqqında təsdiqlənməmiş məlumatların yayılması onun həm peşəkar fəaliyyətinə, həm də şəxsi nüfuzuna mənfi təsir göstərir.
Redaksiyamız hesab edir ki, media qurumları və sosial şəbəkə istifadəçiləri bu kimi mövzularda daha məsuliyyətli davranmalı, rəsmi sənədlərə, hüquqi qərarlara və bütün tərəflərin mövqeyinə əsaslanmalıdırlar. Obyektivlik, qərəzsizlik və peşə etikası jurnalistikanın dəyişməz prinsipləridir. Məhz bu prinsiplərə sadiqlik həm cəmiyyətin düzgün məlumatlandırılmasına, həm də insanların hüquq və nüfuzunun qorunmasına xidmət edir.


Heqiqixeber.az

SON XƏBƏRLƏR