Azərbaycan MDB məkanında xarici ticarət və nəqliyyat-logistika sahəsində fəaliyyət göstərən bütün əsas dövlət qurumlarını və iştirakçılarını vahid rəqəmsal platformada birləşdirən "bir pəncərə" informasiya sistemini yaradan ilk ölkədir.
"MemurTv.az" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bir pəncərə" informasiya sistemi – Rəqəmsal Logistika Platformasının təqdimat mərasimində bildirib.
"Hətta geniş storiqrafiya kontekstində götürsək, dünyada bu sistemi ümumiyyətlə uğurla tətbiq edən ölkələrin sayı çox məhduddur. Sistem beynəlxalq ticarət və yükdaşımalarının daha sürətli və səmərəli təşkil edilməsinə, iqtisadi səmərəliliyin artırılmasına, xidmətlərin əlçatanlığının genişləndirilməsinə və Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyinin daha da gücləndirilməsinə xidmət edir. Mərhələli şəkildə bütün əməliyyatların, o cümlədən ixrac, idxal və tranzit proseslərinin "bir pəncərə" informasiya sistemi üzərindən vahid rəqəmsal mühitdə həyata keçirilməsi nəzərdə tutulur. Ümumilikdə 30-dan çox dövlət qurumunun sistemə inteqrasiyası nəzərdə tutulur, bir qismi artıq tam inteqrasiya olunub və xidmətlərdən istifadə edir", - deyə nazir müavini qeyd edib.
Onun sözlərinə görə, layihə yalnız ölkədaxili proseslərin rəqəmsallaşdırılması ilə məhdudlaşmır, eyni zamanda xarici iqtisadi fəaliyyətdə Azərbaycanın tərəfdaş ölkələrlə əlaqələrinə açılan mühüm pəncərədir: "Bu baxımdan nəqliyyat sənədlərinin rəqəmsallaşdırılması, məlumatların qarşılıqlı mübadiləsi və sistemlərarası inteqrasiyanın formalaşdırılması üzrə də tədbirlər nəzərdə tutulur. Artıq layihə çərçivəsində bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir, BMT-nin müvafiq standartları nəzərə alınmaqla tətbiq mexanizmləri üzərində işlər aparılır. Hazırda Türkiyə, Qazaxıstan və Rusiya ilə nəqliyyat sənədlərinin tam rəqəmsallaşdırılması istiqamətində addımlar atılır".
Nazir müavini bir pəncərə informasiya sisteminin sadəcə rəqəmsal platforma deyil, ölkədə xarici ticarət, nəqliyyat və logistika sahəsini idarə etməyə yeni yanaşmanın əsas elementi olduğu diqqətə çatdırıb: "Sistemin tam tədqiqi nəticəsində draktik maniyalar minimuma indiriləcək, sənədləşmə və icazələrin alınması prosesi sadələşdiriləcək, dövlət qurumları ilə biznes subyektləri arasında qarışılıqlı fəaliyyət daha operativ, şəffaf təşkil olunacaq. Ticarət prosedurları isə əhəmiyyəti dərəcədə asanlaşacaq. Bütün bunlar yükdaşımaların sürətinin artırılmasına, logistik xərclərin azalmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə və nəticə etibarilə ixrac yönümlü malların beynəlxalq bazarlarda rəqabət imkanlarının artırılmasına və ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin daha da yüksəldilməsinə mühüm tövbə verəcək".
Rəhman Hümmətov: "Azərbaycan MDB-də xarici ticarət üzrə "bir pəncərə" yaradan ilk ölkədir"
sosial sebeke

















