Azərbaycan və Çin aviasiya sahəsində əməkdaşlığın möhkəmləndirilməsini müzakirə edib
siyaset
Bu gün, 10:36
4
"Report" xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Samir Rzayev sosial şəbəkədəki hesabında bildirib.
Məlumata görə, müzakirələr S.Rzayevin Çinin Sian şəhərinin meri Ye Niu Pinqin və "China West Airport Group"un vitse-prezidenti Lianq Yanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü çərçivəsində aparılıb.
Bildirilib ki, görüş zamanı Prezident İlham Əliyevin bu ilin aprel ayında Çinə səfəri ilə dövlətlərarası əlaqələrin genişlənməsi və yüksək mərhələyə qədəm qoyması vurğulanıb.
İki ölkə arasında viza rejiminin ləğvi ilə səyahət edənlərin sayındakı artımla bağlı məlumatlar paylaşılıb.
Xatırladaq ki, AZAL 2023-cü ilin dekabrından Pekinə müntəzəm uçuşlara başlayıb. Aviaşirkət 2024-cü il ərzində bu istiqamətdə 104 reys yerinə yetirərək 28 mindən çox sərnişin daşıyıb. Cari ilin sentyabr ayına kimi isə 110 reys (gediş-gəliş) həyata keçirilib və 38 mindən çox sərnişinə xidmət göstərilib.
