İlham Əliyev: Qazaxıstanın potensialının möhkəmləndirilməsi kursunu tam dəstəkləyirik
siyaset
21-10-2025, 12:13
10
"Report"un məlumatına görə, bunu Azərbaycan lideri Astanada qazaxıstanlı həmkarı ilə təkbətək görüşündə deyib.
"Qardaş ölkənin Sizin rəhbərliyinizlə həm sosial-iqtisadi inkişafda, həm də beynəlxalq mövqelərin möhkəmləndirilməsində uğurlarına sevinirik. Bu gün Qazaxıstan yüksək inkişaf səviyyəsi nümayiş etdirir. Ölkədə ictimai-siyasi sabitlik təmin olunur, iqtisadiyyat güclənir. Biz Sizin həyata keçirdiyiniz islahatları maraqla müşahidə edirik və ölkənin modernləşdirilməsinə, onun potensialının möhkəmləndirilməsinə yönəlmiş kursunuzu tam dəstəkləyirik".
