Rusiyanın hücumları nəticəsində zədələnmiş Ukraynanın enerji infrastrukturunun bərpasında Azərbaycan şirkətlərinin iştirakı müzakirə edilib.
"MemurTv.az" xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal Kiyevdə deputat Əlibala Məhərrəmzadənin rəhbərlik etdiyi Azərbaycan Milli Məclisinin nümayəndə heyəti ilə görüşün yekunlarına dair "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Rusiyanın hücumları nəticəsində zədələnmiş Ukraynanın enerji infrastrukturunun bərpasında Azərbaycan şirkətlərinin iştirakını müzakirə etdik. Biz birgə layihələrin həyata keçirilməsinə dəstək göstərməyə hazırıq", - o qeyd edib.
D.Şmıqalın sözlərinə görə, tərəflər həmçinin ikitərəfli razılaşmaların, o cümlədən energetika sahəsindəki razılaşmaların icrasını nəzərdən keçiriblər.
Nazir Ukraynaya göstərilən humanitar yardıma, o cümlədən avadanlıqlar, xüsusilə də transformatorların verilməsinə görə Azərbaycana minnətdarlığını bildirib. Onun sözlərinə görə, bu, Ukraynanın enerji sisteminin dayanıqlığını artırmağa kömək edir.
D.Şmıqal ayrıca vurğulayıb ki, Kiyev və Bakı müharibədə həlak olmuş ukraynalı energetiklərin uşaqlarının Azərbaycanda reabilitasiyası üzrə humanitar təşəbbüs üzərində işləyirlər.
Ukraynanın enerji infrastrukturunun bərpasında Azərbaycan şirkətlərinin iştirakı müzakirə olunub
sosial sebeke

















