Çinin xarici işlər naziri Van İ iyulun 5-də Helsinkiyə səfər edəcək.
"MemurTv.az" Finlandiyanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu, Çin xarici işlər nazirinin Finlandiyaya ilk səfəridir.
Səfər çərçivəsində o, Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə görüşəcək.
XİN-dən qeyd ediblər ki, nazirlər Finlandiya-Çin münasibətlərini, xarici siyasət və təhlükəsizliklə bağlı cari məsələləri, eləcə də Avropa İttifaqı (Aİ) və Çin arasındakı münasibətləri, Rusiya-Ukrayna münaqişəsini, Avropanın təhlükəsizliyini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər.
Səfər zamanı Van İ Finlandiya Prezidenti Aleksandr Stubb ilə də görüşəcək.
Çin XİN başçısı Finlandiya ilə yanaşı, Danimarka, İsveç və Norveçə də səfər edəcək.
Çinin XİN rəhbəri ilk dəfə Finlandiyaya səfər edəcək
sosial sebeke

















