Türkiyənin xarici işlər naziri Hakan Fidan Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful ilə telefon danışığı aparıb.
Bu barədə "Report"un Türkiyə bürosuna ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, telefon söhbəti zamanı ikitərəfli münasibətlərlə yanaşı, Ankarada keçiriləcək NATO Zirvəsi üçün hazırlıq işləri müzakirə olunub.
Eyni zamanda İran ilə ABŞ arasında davam edən sülh danışıqları barədə müzakirələr aparılıb.