Misir və Türkiyə HƏMAS-la Qəzzada atəşkəsin ikinci mərhələsinin icrasını müzakirə ediblər

sosial sebeke

Misir və Türkiyə HƏMAS-la Qəzzada atəşkəsin ikinci mərhələsinin icrasını müzakirə ediblərQahirədə Misir və Türkiyə kəşfiyyat xidmətləri nümayəndələrinin HƏMAS hərəkatının rəhbərliyi ilə görüşü keçirilib, görüşdə Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinin icrası müzakirə olunub.

"MemurTv.az" "Al-Ahram"a istinadən xəbər verir ki, görüşdə Misirin Ümumi Kəşfiyyat Xidmətinin rəhbəri general-mayor Həsən Rəşad, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və HƏMAS-ın yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Mənbənin məlumatına görə, danışıqlar müsbət xarakter daşıyıb, tərəflər ABŞ Prezidenti Donald Trampın sülh planının həyata keçirilməsi ilə bağlı ehtiyatlı nikbinlik ifadə ediblər. HƏMAS nümayəndələri isə planı dəstəklədiklərini və onun icrası yolundakı maneələri aşmağa hazır olduqlarını təsdiqləyiblər.

SON XƏBƏRLƏR