Hesablama Palatası: Satınalmalarda eyni nəticənin xərcinin daha aşağı olması yoxlanılır

sosial sebeke

Hesablama Palatası: Satınalmalarda eyni nəticənin xərcinin daha aşağı olması yoxlanılırDövlət satınalmalarının auditi zamanı əsas qiymətləndirmə meyarlarından biri eyni nəticənin daha aşağı xərclə əldə edilməsinin mümkün olub-olmamasıdır.

"MemurTv.az" xəbər verir ki, bunu Hesablama Palatasının Dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi şöbəsinin müdiri Azim Abasov Bakıda keçirilən INTOSAI-ın Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun illik toplantısında bildirib.

Onun sözlərinə görə, satınalma auditi zamanı auditorlar məqsədəuyğunluq, vaxtında icra, qənaətlilik, səmərəlilik və nəticəlilik prinsiplərini qiymətləndirirlər: "Nəzərdən keçirilən əsas məsələlərdən biri eyni malın və ya xidmətin daha aşağı qiymətə əldə edilməsinin mümkün olub-olmamasıdır. Bunun üçün digər dövlət qurumlarının və qabaqcıl təcrübələrin müqayisəli təhlili aparılır. Həmçinin istifadə olunan resurslarla əldə edilən nəticələr arasında optimal əlaqənin olub-olmaması, minimum maliyyə vəsaiti ilə maksimum keyfiyyətin təmin edilib-edilməməsi araşdırılır".

A. Abasov vurğulayıb ki, audit zamanı satınalmaların vaxtında həyata keçirilməsi də xüsusi qiymətləndirilir: "Real tələbat yarandığı vaxt keçirilməyən satınalmalar dövlət vəsaitindən səmərəsiz istifadəyə səbəb ola bilər. Məsələn, təmir işləri sentyabrda başa çatdığı halda, materialların alınması üçün tender iki ay sonra keçirilirsə, vaxtın düzgün planlaşdırılmaması nəticəsində satınalmanın səmərəliliyi azalır və əlavə xərclər yaranır".

SON XƏBƏRLƏR