• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

İlham Əliyev Zəngilanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib

Siyasət

20-10-2025, 12:00

İlham Əliyev Zəngilanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edibBu gün Zəngilanın azad edilməsindən beş il ötür.

"Memur.az" xatırladır ki, 2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin - Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu açıqlayıb.

Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 25-də və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib. Onlar rayonun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.

Azad olunandan sonra Zəngilanda minatəmizləmə əməliyyatları ilə yanaşı, paralel olaraq yenidənqurma və bərpa işləri də davam etdirilir. Rayon ərazisində infrastrukturun bərpası işləri uğurla həyata keçirilir. Artıq Zəngilana həyat qayıdıb. Məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə qayıdışı məhz bu rayonla başladı. Belə ki, bu il rayonda "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olundu. Sakinlərin əzəli və əbədi kəndlərinə köçürülməsinə 2022-ci ilin iyulundan başlanılıb və proses hazırda davam etdirilir.

Bundan əlavə, rayon ərazisində ilk hava limanı da inşa edilib. 2022-ci il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Artıq Zəngilan aeroportuna Beynəlxalq Hava Limanı statusu verilib. Bu, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunda inşa edilən ilk, işğaldan azad olunan ərazilərdə isə ikinci hava limanıdır.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 20-də Zəngilan Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

Qeyd edək ki, Zəngilan rayonu Qarabağın cənubunda, İranla sərhəddə yerləşir. Ərazisi 707 kvadratkilometr olan rayonun əhalisi 45 min (1993-cü ildə 39 min) nəfərdir. Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları var. Ərazisində əsasən mülayim isti iqlim müşahidə edilir. Araz, Oxçuçay, Həkəri və Bəsitçay rayonun ərazisindən axan çaylarıdır. İlin bütün fəsillərində bol sulu olan çaylardan məişət və kənd təsərrüfatından başqa, müxtəlif sahələrdə də istifadə edilirdi. Ərazisində tikinti daşı, əhəng xammalı, qızıl, qara mərmər və s. kimi faydalı qazıntılar var.

Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi. Zəngilanda əkinçiliklə yanaşı, heyvandarlıq da inkişaf etmişdi. Lakin 27 illik işğal nəticəsində Zəngilanın sərvətləri düşmən tərəfindən tar-mar edilib, infrastruktur sıradan çıxarılıb, yaşayış məntəqələri vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.

Paylaş:
Digər xəbərlər

Siyasət

20-10-2025, 11:59

İlham Əliyev Zəngilanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaş ...

Mədəniyyət

17-10-2025, 13:12

Bu gün Füzulinin işğaldan azad olunmasından beş il ötür

Mədəniyyət

17-10-2024, 09:12

Bu gün Füzulinin işğaldan azad olunmasından dörd il ötür

Mədəniyyət

4-10-2024, 09:15

Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür

Sosial

10-05-2024, 09:17

PA rəhbəri: “Laçın, Füzuli, Zəngilan, Ağdərəyə 1 727 keçmiş məcburi köçkün ...

Hadisə
ABŞ-nin “Cerald R. Ford” aviadaşıyıcısı yanğın səbəbindən Kritə qayıdır
İran dronu Əbu-Dabidəki neft emalı zavoduna zərbə endirdi
Binəqədidə 9 mərtəbəli yaşayış binasında yanğın başlayıb
Ankarada həbsdən çıxan şəxs anasını, həyat yoldaşını, qızını və özünü öldürüb
Rusiyada 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Qubada ailənin 8 üzvünün zəhərlənmə iddiası ilə bağlı araşdırma başlayıb
Cəmiyyət
Dünən, 17:31
Bakıda 202 nömrəli marşrutun avtobusları yenilənir
16-03-2026, 05:28
Bakı səmasında dron səsləri eşidilməsi ilə bağlı Müdafiə Nazirliyindən açıqlama
16-03-2026, 01:13
Aprelin 17-si ilə bağlı əhaliyə xəbərdarlıq
15-03-2026, 06:21
Bu gün 62 mindən çox şagird buraxılış imtahanı verəcək
10-03-2026, 12:45
Sabah hava yağıntılı olacaq
10-03-2026, 12:38
Azərbaycan Prezidentinin tapşırığı ilə İrana humanitar yardım yola salınıb
Son xəbərlər
  • Bu gün, 06:38
    Vidadi İsayevdən "kadr islahat"ları - "Kənd sovetləri"nin müavinləri işdən çıxarıldı...
  • Bu gün, 06:35
    Mingəçevirdə bayram tədbirləri üçün 51 min manat xərclənəcək
  • Bu gün, 06:33
    Nizami Rayon İcra Hakimiyyəti rabitə xərclərini açıqlayıb
  • Bu gün, 05:50
    ÇL: “Real Madrid”, PSJ və “Arsenal” 1/4 finalda
  • Bu gün, 05:48
    İran prezidenti Laricaninin ölümünə görə qisas vəd edib
  • Bu gün, 05:47
    ABŞ-nin “Cerald R. Ford” aviadaşıyıcısı yanğın səbəbindən Kritə qayıdır
  • Bu gün, 05:44
    Dmitriyev ABŞ-yə Britaniya və Aİ-yə qarşı sanksiyalar tətbiq etməyi təklif edib
  • Bu gün, 05:41
    Ceyhun Bayramov Əraqçiyə Naxçıvana dron hücumlarının araşdırılmasını söylədi - YENİLƏNİB
  • Bu gün, 05:40
    Bu ölkənin Baş naziri vəzifəyə başladıqdan 3 həftə sonra istefa verdi
  • Dünən, 17:37
    Mamıtkanov: Azərbaycan bu ilin yayında Qırğızıstanda beşulduzlu hoteli istifadəyə verəcək
  • Dünən, 17:36
    Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
  • Dünən, 17:35
    Elçin Quliyev xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçuları təltif edib
  • Dünən, 17:34
    AYNA: Bakının Tbilisi prospektində "cib" tipli zolaqlar salınacaq
  • Dünən, 17:33
    Cəbrayılda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
  • Dünən, 17:33
    Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərinin sayı artırılıb
  • Dünən, 17:32
    Qurbanqulu Berdiməhəmmədov Azərbaycanda WUF13-də iştirak edəcək
  • Dünən, 17:32
    Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
  • Dünən, 17:31
    Bakıda 202 nömrəli marşrutun avtobusları yenilənir
  • Dünən, 11:32
    Prezident yeni cərimələri təsdiqlədi
  • Dünən, 11:20
    Prezident bir sıra hərbçiləri təltif etdi- Siyahı
  • Dünən, 10:44
    Dövlətə sədaqətin və peşəkarlığın nümunəsi – Manaf Manafov
  • Dünən, 06:03
    İlham Əliyev Tokayevi təbrik etdi
  • Dünən, 06:01
    Xocavənddə bağçılıq təsərrüfatına baxış keçirilib
  • Dünən, 05:57
    XXI əsrin təhlükəsizlik çağırışları: Bakı qlobal dialoq platformasıdır
  • Dünən, 05:49
    Nizami məqbərəsinin ətrafı tullantılardan təmizlənəcək
  • Dünən, 05:47
    Xocavənd şəhərində Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib - YENİLƏNDİ
  • Dünən, 05:35
    Azərbaycanla Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib
  • Dünən, 05:32
    Bu gün Torpaq çərşənbəsidir
  • Dünən, 05:31
    İranlı səfir: Tehran ABŞ-dən nə danışıq, nə də atəşkəs istəyib
  • Dünən, 05:29
    İran XİN: Tehran uzunmüddətli müharibəyə hazırdır
  • Dünən, 05:27
    Finlandiya Prezidenti: ABŞ İran əməliyyatı ilə bağlı Avropa ölkələri ilə danışıqlar aparır
  • 16-03-2026, 19:20
    Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər
  • 16-03-2026, 05:43
    Makron İran prezidenti ilə telefon danışığının təfərrüatını açıqlayıb
  • 16-03-2026, 05:33
    İran ordusu Dohada üç rayona zərbə endirilə biləcəyi barədə xəbərdarlıq edib
  • 16-03-2026, 05:32
    SEPAH ABŞ-nin aviadaşıyıcılarına xidmət göstərən mərkəzləri hədəf elan edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...