Azərbaycanın Niderlanda yeni təyin olunmuş səfiri macarıstanlı həmkarı ilə görüşüb
siyaset
31-01-2025, 08:59
42

“Report” xəbər verir ki, bu barədə Macarıstanın Haaqadakı diplomatik missiyasının başçısı sosial şəbəkədə bildirib.
O, Əhmədzadə ilə Budapeştdəki Azadlıq və Marqaret körpülərinin rəsimlərinin fonunda birgə çəkilmiş fotosunu paylaşaraq qeyd edib:
“Körpülər qurmaq: bu gün Haaqa şəhərində Azərbaycanın yeni səfiri Zati-aliləri cənab Məmməd Əhmədzadəni qəbul etdim. Niderlanda xoş gəlmisiniz”.
Xatırladaq ki, yanvarın 29-da Azərbaycanın Haaqadakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini Niderlandın kralı Villem-Aleksanderə təqdim etmişdi.
Ötən il dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev diplomatı sözügedən ölkədə səfir təyin etmişdi.