Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub
siyaset
25-09-2024, 11:19
107
 Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə sentyabrın 25-də Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış JF-17C (Block-III) təyyarələri təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə sentyabrın 25-də Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış JF-17C (Block-III) təyyarələri təqdim olunub."Report"un məlumatına görə, təqdimat Heydər Əliyev Beynəlxalq Aeroportunda olub.
Məlumata görə, təyyarə müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədlidir.




















