Əli Nağıyev: Beynəlxalq terrorçuluqla mübarizədə xüsusi xidmət orqanlarının fəaliyyətinin koordinasiyalı şəkildə təmin edilməsi vacibdir
siyaset
17-09-2024, 09:26
88

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən təhlükəsizlik forumunda DTX-nın rəisi Əli Nağıyev deyib.
Xidmət rəisi qeyd edib ki, builki forumun COP29 ərəfəsində keçirilməsi təsadüfi olmayıb:
“Enerji resurslarının daşınmasında istifadə olunan nəqliyyat xətlərini hədəf alan terror-təxribat aktlarının qlobal xarakterli iqtisadi və ekoloji fəlakətlərə səbəb ola biləcəyindən və bu xüsusda birgə səylərin daha da gücləndirilməsinin və ümumi fəaliyyətin səmərəliliyinin artırılması zəruridir”.