• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə şanlı ordumuz zəfər qazandı.

Siyasət

27-06-2024, 12:54

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə şanlı ordumuz zəfər qazandı.
Azərbaycanlı iş adamı Araz Hüseynli: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir.
Tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. O vaxtlar Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı. 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. Istedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər.
Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi.
AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi.
Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.
Lakin hələ yaxın keçmişdə Azərbaycan ordusu yaradılmasına başlanıldığı vaxtdan müxtəlif təzyiqlərə məruz qaldı. Həm xaricdən, həm də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna yol verməmək idi. Belə ki, sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağrılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi - azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etdi. Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. Bu gün C.Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. Lakin bu nailiyyətlər asanlıqla əldə edilməmiş, çox mürəkkəb və çətin tarixi inkişaf yolu keçmişdir.
Bu tarix Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının ildönümüdür və hər il böyük təntənə ilə qeyd edilir.
1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra, Azərbaycan Sovet Sosialist Respublikasının tərkibinə daxil oldu və Silahlı Qüvvələr ləğv edildi. Lakin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci ildə yenidən öz ordusunu qurmağa başladı. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması haqqında 1991-ci ilin oktyabr ayında qanun qəbul edildi və 1992-ci ildə Azərbaycan Silahlı Qüvvələri rəsmi olaraq bərpa edildi.
26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Milli Ordu yaradıldı və bu tarixin əhəmiyyəti Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yenidən gündəmə gəldi. 1998-ci ildə, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr Günü kimi təsis edildi.
Əlbəttə, Azərbaycanın tarixi ədalətin bərpası uğrunda mübarizəsi 2020-ci ildə 44 günlük Vətən Müharibəsində böyük zəfərlə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın işğalında olan torpaqları azad etdi və ərazi bütövlüyünü bərpa etdi. Bu böyük qələbə Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyır və gələcək nəsillərə vətənpərvərlik və qürur mənbəyi olaraq qalacaq.
Azərbaycan Silahlı Qüvvələri, xüsusən də 2020-ci il Vətən Müharibəsində əldə edilən zəfərdən sonra, regionda və dünya miqyasında diqqət çəkən hərbi güclərdən biri kimi tanınır.
Azərbaycan Silahlı Qüvvələrinin dünya ordu sıralamalarında öndə olmasının səbəbləri müxtəlifdir. Bu, həm tarixi irsin qorunması, həm müasir texnologiyaların və təlim metodlarının tətbiqi, həm də peşəkar hərbi kadrların yetişdirilməsi ilə bağlıdır. Azərbaycan Ordusunun regionda və beynəlxalq səviyyədə nüfuzu getdikcə artmaqdadır.
Bu gün, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının və müstəqil Azərbaycanın müdafiə qüdrətinin formalaşmasının şərəfinə keçirilir. Təntənəli tədbirlər, hərbi paradlar, mədəni proqramlar və digər tədbirlər təşkil olunur. Bu gün həm də ölkənin müdafiə qabiliyyətini və hərbi gücünü nümayiş etdirmək üçün bir fürsət kimi qiymətləndirilir.
Əziz Silahlı Qüvvələrimizin Qəhrəman Əsgər və Zabitləri!
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm. Vətənimizin təhlükəsizliyini və suverenliyini qorumaqda göstərdiyiniz qəhrəmanlığa və fədakarlığa görə sizə dərin minnətdarlığımı bildirirəm. Hər zaman güclü, qətiyyətli və qürurlu olun.
Bayramınız mübarək!

Paylaş:
Digər xəbərlər
Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
Dünən, 10:29
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
21-05-2026, 11:52
DİM: Qabiliyyət imtahanlarına qeydiyyat başlanır
20-05-2026, 15:53
Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
15-05-2026, 10:14
Bakı metrosu WUF13 günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
14-05-2026, 14:41
ADY Qurban bayramı ilə əlaqədar Gəncə–Mingəçevir-Gəncə reysi təşkil edir
13-05-2026, 10:33
Bazar günü keçiriləcək imtahanlarda sağlamlıq imkanları məhdud 42 şagird iştirak edəcək
Son xəbərlər
  • Dünən, 15:11
    Mirziyoyev və Putin strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər
  • Dünən, 10:34
    Bahar Muradova: Azərbaycan qadınların şəhərsalma proseslərində iştirakını dəstəkləməyə hazırdır
  • Dünən, 10:33
    Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
  • Dünən, 10:32
    Mərkəzi Bank ilə "Deutsche Bank" arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
  • Dünən, 10:31
    Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
  • Dünən, 10:30
    Vüqar Süleymanov: Minatəmizləmə bərpa və yenidənqurmanın əsas təməlidir
  • Dünən, 10:29
    ANAMA rəhbəri: Azad olunmuş ərazilərdə 270 min hektardan çox sahə minalardan təmizlənib
  • Dünən, 10:29
    AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
  • 21-05-2026, 18:28
    VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI KƏLBƏCƏRƏ USTA KİMİ APRILIB ALDADILDI- “A-KOND 1” ŞİRKƏTİ ONLARIN PULLARINI VERMİR-İDDİA
  • 21-05-2026, 12:28
    Emilia Saiz: "Kollektiv liderlikdə işi faktiki görən insanlar çatışmır"
  • 21-05-2026, 12:24
    Ucar Rayon Mərkəzi Xəstəxanasında yeni Hemodializ şöbəsinin açılışı olub
  • 21-05-2026, 11:52
    DİM: Qabiliyyət imtahanlarına qeydiyyat başlanır
  • 21-05-2026, 11:52
    Yelena Şulyak: Ukraynadakı münaqişənin dörd ili ərzində mənzil fondunun 14 %-dən çoxu məhv edilib
  • 21-05-2026, 11:50
    Azərbaycan Səudiyyə Ərəbistanı ilə enerji sektorunda əməkdaşlığı genişləndirəcək
  • 21-05-2026, 11:50
    Nazir: "Fələstin Qəzzanın bərpası üçün Azərbaycanın təcrübəsindən istifadə etmək niyyətindədir" - EKSKLÜZİV
  • 21-05-2026, 11:49
    Emin Hüseynov: Bu il daha 30 min nəfərin doğma yurdlarına qayıtması əsas hədəfimizdir
  • 21-05-2026, 11:48
    Donald Tramp: Ərdoğan sərt adamdır
  • 21-05-2026, 11:47
    Macarıstanda Konstitusiya dəyişir: Baş nazir iki dəfə seçilə biləcək
  • 21-05-2026, 11:46
    Pezeşkian: İran müharibənin qarşısını almaq üçün bütün mümkün yolları araşdırıb
  • 21-05-2026, 11:27
    Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri mina təhlükəsizliyi ilə bağlı maarifləndiriliblər
  • 21-05-2026, 11:26
    "AzerGold" QSC-nin İdarə Heyətinin sədri ilə Esvatini Kralı arasında görüş keçirilib
  • 20-05-2026, 15:53
    Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
  • 20-05-2026, 13:05
    MEDİA-da D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə ikitərəfli görüş keçirilib
  • 20-05-2026, 13:04
    Azərbaycanın stolüstü tennisçiləri Tacikistanda "Prezident Kuboku"nda iştirak edəcəklər
  • 20-05-2026, 13:03
    Şamil Ayrım: "Bir millət, iki dövlət" anlayışı ilə qardaşlığımızı gücləndirməyə davam edəcəyik
  • 20-05-2026, 13:03
    Mikayıl Cabbarov: "Qanunsuz tikililərə sadə amnistiyanın tətbiqi əlavə risklər yarada bilər"
  • 20-05-2026, 13:02
    Azərbaycan XİN Kamerunu Milli Günü münasibətilə təbrik edib
  • 20-05-2026, 13:02
    Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar
  • 19-05-2026, 14:40
    İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib
  • 19-05-2026, 10:56
    Elçin Yusubov: Ağdam-Şuşa avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir
  • 19-05-2026, 10:54
    Vəkillər Kollegiyasının nümayəndə heyəti Qarabağ Universitetində olub
  • 19-05-2026, 10:53
    Azərbaycan və Slovakiya biznes əlaqələrinin gücləndirilməsini müzakirə edib
  • 19-05-2026, 10:10
    Kamran Əliyev Qaradağ rayonunda vətəndaşları qəbul edəcək
  • 19-05-2026, 10:08
    Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur
  • 19-05-2026, 10:07
    Prezident: Biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...