Azərbaycan və Ermənistan xarici işlər nazirləri Berlində danışıqları bu gün davam etdirəcək
siyaset
29-02-2024, 13:43
206

Oxu.Az xəbər verir ki, danışıqlar fevralın 28-də başlayıb.
Dünən əvvəlcə nazirlər arasında ikitərəfli görüş keçirilib. Görüş daha sonra Almaniyanın xarici işlər naziri Annalena Berbokun iştirakı ilə üçtərəfli formatda davam etdirilib.
Bundan başqa, almaniyalı nazir azərbaycanlı və erməni həmkarları ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər də keçirib.