Fransa Cənubi Qafqazda müəyyən boşluğun yarandığını düşünərək regiona münasibətdə aqressiv davranış sərgiləyir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Prezident İlham Əliyevin Zəngilan şəhər sakinləri ilə görüşü zamanı səsləndirdiyi fikirlərə həsr olunmuş dəyirmi masada deyib.
O, regionda cərəyan edən proseslərin fonunda Parisin bu fəallığının daha qabarıq göründüyünü vurğulayıb:
"Digər tərəfdən, regionda Fransa, Yunanıstan, Ermənistan, Hindistan və yunan Kipri arasında ittifaq mövcuddur. Şübhəsiz, bu yaxınlaşmanın hədəfi Cənubi Qafqazdır. Gedişatdan hiss olunur ki, Türkiyə də sözügedən ittifaqdan narahatdır".
Deputat Hörmüz boğazı ətrafındakı gərginlik, Rusiya-Ukrayna münaqişəsinin davam etməsi fonunda ümumilikdə Azərbaycan xarici siyasətinin dayanıqlı olduğunu qeyd edib.