Altı ölkənin nümayəndələri İranda Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər
musahibe
Dünən, 09:13
4
"Report" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqayi qurumun "Telegram" kanalında məlumat verib.
"İran İslam Respublikası qonşu ölkələrdə təhlükəsizlik və sabitliyə xüsusi əhəmiyyət verir və bu baxımdan region ölkələri arasında gərginliyi azaltmaq və qarşılıqlı anlaşmanı gücləndirmək üçün bütün səylərini göstərəcək", - o qeyd edib.
Bəqayinin sözlərinə görə, bu görüş gələn həftə Tehranda Pakistan, Tacikistan, Özbəkistan, Türkmənistan, Çin və Rusiyadan olan Əfqanıstan üzrə xüsusi nümayəndələrin iştirakı ilə baş tutacaq.
