AFP: Putin və Uitkoff dekabrın 2-də görüşəcəklər
musahibe
1-12-2025, 09:43
12
"Report" xəbər verir ki, bu barədə AFP mənbələrə istinadən məlumat paylaşıb.
Qeyd olunub ki, Uitkoff artıq 1 dekabrda Moskvaya yola düşəcək.
Xatırladaq ki, 30 noyabrda Mayamidə ABŞ və Ukrayna rəsmiləri arasında danışıqlar keçirilib.
ABŞ Dövlət katibi Marko Rubio danışıqları məhsuldar adlandırıb. O həmçinin bildirib ki, Uitkoff Moskvaya gedəcək, çünki Rusiya-Ukrayna münaqişəsinin həllində Rusiya "tənliyin bir hissəsi" olmalıdır.
