Braziliya Prezidenti: ABŞ əvəzinə başqa tərəfdaşlar tapacağıq
musahibe
Bu gün, 09:12
3

"Report" “TV Record” telekanalına istinadən xəbər verir ki, bu barədə prezident Luis İnasiou Lula Da Silva avqustun 1-dən ABŞ-nin Braziliya mallarına 50 % rüsum tətbiq olunduğunu elan etdikdən sonra bildirib.
"Braziliyanın ABŞ ilə ticarəti ÜDM-in yalnız 1,7 %-ni təşkil edir. Bu göstəriciləri Braziliya iqtisadiyyatı üçün həyati adlandırmaq olmaz, - o, müsahibəsində qeyd edib.
"Bizbaşqa tərəfdaşlar axtaracağıq", - dövlət başçısı vurğulayıb.
Prezidentin sözlərinə görə, Braziliya ABŞ ilə münasibətləri qiymətləndirir, lakin suverenliyinin zərərinə deyil.
"Biz qarşılıqlı prinsipə əməl etməkdən imtina etməyəcəyik. Ancaq hələ də razılığa gəlməyə çalışacağıq", - Lula da Silva vurğulayıb. O, Braziliya məhsullarının Cənub-Şərqi Asiya Dövlətləri Birliyi (ASEAN) ölkələrinə tədarükü üçün müqavilələr bağlamağı gözləyir. Bu məqsədlə Prezident oktyabr ayında ASEAN sammitində iştirak edəcək.