Britaniya səfiri Rusiyada azərbaycanlılara qarşı baş verənlərə görə başsağlığı verib
musahibe
Dünən, 14:19
3

"Report" xəbər verir ki, paylaşımda deyilib.
"Rusiyada azərbaycanlılara qarşı baş verən hadisələr bizi dərin şəkildə qayğılandırır. Öldürülənlərin ailələrinə başsağlığı verir və bu zamanda Azərbaycan xalqının yanında olduğumuzu bildiririk. Ədalətin təmin olunması istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi ifadə edirik".
Xatırladaq ki, iyunun 27-də səhər Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Onlar iyulun 1-də Ağcabədidə dəfn olunublar.