Syuzan Eliot: Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması son dərəcə vacibdir » Memur.az

Syuzan Eliot: Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması son dərəcə vacibdir

Syuzan Eliot: Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması son dərəcə vacibdirCənubi Qafqazda sülh və sabitliyin bərqərar olması son dərəcə vacibdir.

Bunu “Report”a açıqlamasında Amerikanın Xarici Siyasəti üzrə Milli Komitəsinin prezidenti və baş icraçı direktoru Syuzan Eliot Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə razılaşmanın əldə olunmasına münasibət bildirərkən deyib.

O, bu istiqamətdə fəaliyyətinə görə Prezident İlham Əliyevə təşəkkür edib:

"İki ölkə arasında sazişin imzalanmasına aparan istənilən proses doğru istiqamətdə atılmış bir addımdır. Regionda sülh və sabitliyin bərqərar olması son dərəcə vacibdir. İlham Əliyevə Ermənistanla uzunmüddətli münaqişənin həllinə çalışdığına görə həqiqətən təşəkkür edirəm. Düşünürəm ki, bu forum Azərbaycan Prezidentinin dünyada sülh və sabitlik üçün həll yolları axtarmağa sadiq olduğunu göstərən yaxşı nümunədir”.