Qırğızıstanda Azərbaycanla birgə fondun dəstəyi sayəsində kovrolin istehsalı müəssisəsi yaradılacaq
iqtisadiyyat
17-10-2025, 13:40
16
"Report" xəbər verir ki, bu barədə Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sazişdə müasir kovrolin istehsalı müəssisəsinin yaradılması üzrə layihənin maliyyələşdirilməsi nəzərdə tutulur. Bu, Qırğızıstanda ilk belə layihədir, çünki indiyə qədər kovrolin tamamilə xaricdən idxal edilirdi.
Layihənin həyata keçirilməsi yerli xalça istehsalına başlanılmasına, yeni iş yerlərinin açılmasına və ölkənin sənaye potensialının gücləndirilməsinə imkan verəcək.
Layihənin ümumi dəyəri 3,2 milyon ABŞ dolları təşkil edir. Bunun da 1 milyon ABŞ dolları Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun hesabına maliyyələşdiriləcək.
Müəssisə məhsulların təkcə Qırğızıstanın daxili bazarına deyil, həm də Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrə ixracına yönəldiləcək.
