Rusiya neft şirkətlərinin iştirak etdiyi Azərbaycan və Qazaxıstan layihələri Britaniyanın sanksiyalarından azad edilib
iqtisadiyyat
15-10-2025, 21:20
18
"Report" xəbər verir ki, bu barədə "Lukoyl" və "Rosneft"i sanksiyalar siyahısına əlavə edən Böyük Britaniyanın Maliyyə Nazirliyindən bildirilib.
"Xəzər Boru Kəməri Konsorsiumu", "TengizChevroil", "Şahdəniz", "Cənubi Qafqaz Qaz Boru Kəməri" (Bakı-Tiflis-Ərzurum), "Azerbaijan Gas Supply Company" və "Qaraçaqanak" layihələri 14 oktyabr 2027-ci il tarixinədək sanksiyalardan azad edilib.
