Çin-Azərbaycan ortaq müəssisəsi elektrik avtobuslarının istehsalına başlayıb
iqtisadiyyat
Bu gün, 13:32
3

Bunu "Report"a İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov bildirib.
Onun sözlərinə görə, bu avtobusların 200-ü Bakı, 60-ı Naxçıvan, 40-ı isə Qarabağ regionu üçün nəzərdə tutulur:
"Avtobuslar 9, 10 və 12 metrlik ölçülərdə olacaq. 9 metrlik avtobuslar əsasən Naxçıvanda, 12 metrliklər Bakıda, 10 metrliklər isə işğaldan azad olunmuş ərazilərdə istismar ediləcək", – deyə o qeyd edib.
Xatırladaq ki, avtobuslar Çin–Azərbaycan ortaq müəssisəsi olan "Azerbaijan Energy Automotive Factory"də istehsal olunur. Müəssisə sentyabrın sonunda fəaliyyətə başlayıb.