Qazaxıstan "Qazprom"la Rusiya qazının alışını artırmaq barədə saziş imzalayıb
iqtisadiyyat
5-09-2025, 10:58
20
Bu barədə "Report" Rusiya şirkətinin məlumatına istinadən xəbər verir.
Sənədi Qazaxıstanın Baş nazirinin birinci müavini Roman Sklyar və "Qazprom"un rəhbəri Aleksey Miller işçi görüş çərçivəsində imzalayıblar.
"Tərəflər görüş zamanı qazın tədarükü, nəqli və emalı sahəsində əməkdaşlığın gedişatını və inkişaf perspektivlərini müzakirə ediblər", - məlumatda bildirilib.
Qeyd edək ki, 2023-cü ilin noyabrında "Qazprom" və Qazaxıstan hökuməti Strateji əməkdaşlıq haqqında Saziş imzalayıblar.
