• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Azərbaycanla Çin arasında münasibətlər strateji müstəviyə qaldırılıb - RƏY

İqtisadiyyat

19-04-2025, 21:27

Azərbaycanla Çin arasında münasibətlər strateji müstəviyə qaldırılıb - RƏYTarix boyu fərqli coğrafiyalardan keçən yollar müxtəlif xalqlar arasında münasibətlər yaratmış, bu münasibətlər sonradan strateji tərəfdaşlığa belə çevrilib. Dünya tarixinə iz salan belə yollardan biri də “Böyük İpək Yolu”dur.

Bunu “Report”a Milli Məclisin deputatı Səbinə Salmanova bildirib.

“Təsadüfi deyil ki, bu yol hazırda bəşər tarixində ilk transkontinental ticarət və diplomatiya yolu kimi qiymətləndirilir. Çoğrafi baxımdan bu qədim yolun üzərində yerləşən Azərbaycan da tarixən “İpək Yolu”nun bir parçası olub. Yəni Azərbaycanla Çini hələ min illər əvvəl bu qədim yol birləşdirib. Tarixi “İpək Yolu”ndan başlanan münasibətlər ötən 34 il ərzində - Azərbaycan müstəqillik əldə etdikdən sonra hər iki xalqın rifahı naminə müxtəlif sahələrdə davamlı şəkildə inkişaf edib”, - deyə deputat vurğulayıb.

Deputat bildirib ki, Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olan Azərbaycan bu ölkə ilə sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, nəqliyyat-logistika, tikinti və digər sahələrdə əməkdaşlıq edir: "Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılıb. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər".

“Ümumiyyətlə, son illərdə iki ölkə arasındakı əlaqələr strateji müstəviyə qaldırılıb. Belə ki, 2022-ci ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən Sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Sədri Si Cinpin arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin gələcək inkişafının istiqamətləri müəyyənləşdirilib. 2023-cü ilin əvvəlindən isə yüksək səviyyəli ikitərəfli mübadilələrin yeni dalğası başlayıb, qarşılıqlı səfərlər davam edib. 18 iyul 2024-cü il tarixində isə Azərbaycan Respublikası müşahidəçi ölkə statusu almaq üçün ŞƏT-ə müraciət edib", - S.Salmanova bəyan edib.Deputat bildirib ki, Prezident İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına verdiyi müsahibədə iki ölkə arasındakı münasibətlərin əla səviyyədə olduğunu vurğulayıb. “Dövlətimizin başçısı, eyni zamanda, bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda ölkələrimizin bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış etməsinə toxunub. “Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək, görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq, iqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq”, - deyə S.Salmanova Ölkə Prezidentindən sitat gətirib.

"Dövlət başçısı, həmçinin COVID-19 pandemiyası başlayan zaman peyvəndlərin ölkəmizə gətirilməsində Azərbaycana yardım edən yeganə ölkənin Çin olduğunu xüsusilə diqqətə çatdırıb. Çin Xalq Respublikasının Sədri Si Cinpin də ölkəmizlə əlaqələrə böyük önəm verdiyini dəfələrlə ifadə edib. O, İlham Əliyevlə görüşlərində və ünvanladığı məktublarda Azərbaycan və Çinin dost, tərəfdaş ölkələr olduğunu diqqətə çatdırıb", - MM üzvü vurğulayıb.

Deputat onu da bildirib ki, “Böyük İpək Yolu”nun inkişafı təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının dirçəlişində və inteqrasiya prosesində müstəsna rola malikdir. "Xüsusilə də, 2020-ci ilin payızında Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni geostrateji vəziyyət, iqtisadi və mədəni əməkdaşlıq vəd edən Zəngəzur dəhlizinin perspektivləri Türk dünyasının bütünləşməsi istiqamətində atılan ən ciddi addımlardan biri olacaq. Əminliklə söyləmək olar ki, bütün bu işlərin həyata keçməsi, uğurla davam etməsi üçün Çin Azərbaycanın ən böyük strateji tərəfdaşı və dəstəkçilərindən biri rolunda çıxış edir", - deputat bildirib.

Paylaş:
Digər xəbərlər

Siyasət

21-02-2025, 11:06

Azərbaycan və Pakistan ticarət və energetika sahəsində yeni mərhələnin asta ...

Sosial

29-04-2024, 14:56

İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrin ...

Siyasət

29-03-2024, 12:52

Hikmət Hacıyev: “COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsar ...

İqtisadiyyat

24-01-2024, 09:13

Qo Min: “Azərbaycan və Çin ticarət əməkdaşlığını genişləndirməyi planlaşdır ...

Siyasət

14-11-2023, 14:43

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın investisiya, sənaye və tica ...

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
7-06-2026, 12:29
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
4-06-2026, 10:55
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
4-06-2026, 10:54
Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib
3-06-2026, 09:49
Bazar günü 51 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək
31-05-2026, 12:15
AZAL Gəncə - Sankt-Peterburq uçuşlarını bərpa edib
28-05-2026, 16:44
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
Son xəbərlər
  • Dünən, 10:56
    Ali Məhkəmə hansı hallarda daşınmaz əmlakın son alıcıdan geri alına biləcəyini açıqlayıb
  • Dünən, 10:55
    Rabatda Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib
  • Dünən, 10:54
    Azərbaycan XİN Portuqaliyanı təbrik edib
  • Dünən, 10:51
    Abbas Əraqçi xarici qüvvələri bölgədən çıxmağa çağırıb
  • 9-06-2026, 14:10
    Əli Məsimli: "ARDNF-dən büdcəyə transfertlərin azaldılmasının kompensasiya mənbəyi araşdırılmalıdır"
  • 9-06-2026, 14:08
    Vüqar Gülməmmədov büdcənin icrası haqqında qanun layihəsinə dair iradlarını açıqlayıb
  • 9-06-2026, 09:25
    Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
  • 9-06-2026, 09:24
    NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin "Apache" zərbə helikopteri qəzaya uğrayıb
  • 9-06-2026, 09:23
    Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq
  • 9-06-2026, 09:22
    İran danışıqların irəliləməməsində ABŞ-ni günahlandırır
  • 8-06-2026, 09:24
    "Tasnim": İran çox sayda raketləri döyüş vəziyyətinə gətirib
  • 8-06-2026, 09:22
    Ceyhun Bayramov Türkiyədə işgüzar səfərdədir
  • 8-06-2026, 09:21
    Tramp: Netanyahu ABŞ-İran arasında istənilən razılaşmanı qəbul etməli olacaq
  • 8-06-2026, 09:21
    Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başa çatıb
  • 8-06-2026, 09:20
    İran atəşkəsdən sonra ilk dəfə İsrailə raketlər atıb - YENİLƏNİB
  • 7-06-2026, 12:31
    Avropada yaşayan azərbaycanlı mühəndislərin III forumu keçirilib
  • 7-06-2026, 12:29
    Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
  • 6-06-2026, 12:47
    İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib
  • 6-06-2026, 12:46
    Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
  • 5-06-2026, 10:09
    Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib
  • 5-06-2026, 10:07
    Tokayev Qazaxıstanda vitse-prezident vəzifəsini təsdiq edən qanunu imzalayıb
  • 5-06-2026, 10:07
    Ağstafanın Köçvəlili kəndi fasiləsiz içməli su ilə təmin edilib
  • 5-06-2026, 10:06
    Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
  • 5-06-2026, 10:04
    Avropa Minifutbol Federasiyası sosial şəbəkədə Azərbaycan millisi ilə bağlı paylaşımlar edib
  • 4-06-2026, 13:50
    Əli Əsədov TDT-yə üzv ölkələrin mərkəzi bankları Şurasının iclasının iştirakçıları ilə görüşüb
  • 4-06-2026, 13:50
    Azərbaycan və Kareliya ticarət-iqtisadi əməkdaşlıq üzrə Yol Xəritəsi imzalaya bilər
  • 4-06-2026, 10:56
    Ramin Məmmədov: Azərbaycançılıq keçmişimizin mənəvi kodu və gələcəyimizin ideoloji yol xəritəsidir
  • 4-06-2026, 10:55
    Ağdamda Azərbaycan və Türkiyə şəhid ailələrinin iştirakı ilə "Qardaşlıq körpüsü" konfransı keçirilir
  • 4-06-2026, 10:55
    Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
  • 4-06-2026, 10:54
    Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib
  • 4-06-2026, 10:53
    Şəkidə Heydər Əliyev irsində milli-mənəvi dəyərlərə həsr olunan konfrans keçirilir
  • 4-06-2026, 10:53
    Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
  • 4-06-2026, 10:52
    Kim Çen İn yeni nüvə materiallarının istehsalı zavoduna baş çəkib
  • 4-06-2026, 10:50
    XİN başçısı: İranla ABŞ arasında rəsmi danışıqlar prosesi yoxdur
  • 3-06-2026, 14:21
    Elman Nəsirov: Bu qanunla vətəndaşlarımız tamhüquqlu mülkiyyət sahiblərinə çevrilirlər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...