Göyçayda avtomobil su kanalına aşıb, sürücü ölüb
hadise
17-10-2025, 13:26
9
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Dövranlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, minik avtomobili kənd ərazisindən keçən Şirvan kanalına aşıb. Sakinlərin köməkliyi ilə sürücü Habil Məhəmmədəli oğlu Talıbovun cansız bədəni sudan çıxarılıb.
Faktla bağlı cinayət işi açılıb.
