İsrailin Aşkelon şəhəri kütləvi raket atəşinə məruz qalıb » Memur.az

İsrailin Aşkelon şəhəri kütləvi raket atəşinə məruz qalıb

İsrailin Aşkelon şəhəri kütləvi raket atəşinə məruz qalıbBu gecə İsrailin Aşkelon şəhəri Qəzza zolağından kütləvi raket atəşinə məruz qalıb.

Bu barədə yerli KİV məlumat yayıb. Bildirilib ki, təkcə ötən gün ərzində İsrail ərazisinə 3 mindən çox raket atılıb.

Davamlı atəş nəticəsində “Dəmir Qübbə” raketdən müdafiə sisteminin sursatı əhəmiyyətli dərəcədə tükənib. Bununla əlaqədar Təl-Əviv tədarükün artırılmasında kömək üçün ABŞ-yə müraciət edib.

Bu hadisələrin fonunda BMT Təhlükəsizlik Şurasının Fələstin-İsrail münaqişəsinin gərginləşməsinə həsr olunmuş fövqəladə iclası keçirilib.
Tədbir bağlı qapılar arxasında keçirilib.

Mətbuata verilən son açıqlamaya əsasən, BMT Təhlükəsizlik Şurası Qəzza zolağı ətrafındakı vəziyyətlə bağlı heç bir sənəd qəbul etməyib.