Fələstinlilərə yardım aparan 20 yük maşını “Rəfah” nəzarət-keçid məntəqəsindən Qəzzaya daxil olub
dunya
24-10-2023, 14:46
201

Verilən məlumata görə, sektor sakinlərinə çatdırılan yardımın əsasını yaralıların təcili müalicəsi üçün dərman vasitələri təşkil edir. Bundan əlavə, Misir Qızıl Aypara Cəmiyyətinin nümayəndəsinin sözlərinə görə, Qəzzaya qida, su, çadırlar və şəxsi gigiyena vasitələri göndərilib.
Mənbə: “Sada El Balad” televiziya kanalı