ABŞ Prezidenti Donald Tramp bildirib ki, Böyük Britaniya ciddi iqtisadi problemlərdən qaçmaq üçün Şimal dənizində neft hasilatını bərpa etməlidir.
"MemurTv.az"ın məlumatına görə, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Yeni Baş naziriniz (Endi Börnhem) ilə çox yaxşı münasibətlərim var. O, çox liberaldır, amma eşitdiyimə görə, Şimal dənizində neft çıxarmağa başlayacaq. Əgər o, bunu Aberdində etsə, sizin zəngin ölkəniz olacaq, əgər etməsə, sizin ölkəniz iflas edəcək", - Tramp deyib.
Tramp Britaniyanın Şimal dənizində neft hasilatı olmadan iflas edəcəyini proqnozlaşdırır
sosial sebeke

















