İsmayıllıda zəlzələ qeydə alınıb » Memur.az

İsmayıllıda zəlzələ qeydə alınıb

İsmayıllıda zəlzələ qeydə alınıbAprelin 16-da İsmayıllı stansiyasından 19 km şimalda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a bildiriblər ki, yerli vaxtla saat 22:56-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,1-ə bərabər olub.

Ocağı 9 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.